reklam
Əliyar Ağayev Bolqarıstan millisinin oyununda -
Sportfm.az xəbər saytı

Əliyar Ağayev Bolqarıstan millisinin oyununda -TƏYİNAT


Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.

Sportfm.az xəbər verir ki, 36 yaşlı referi AÇ-2024-ün seçmə mərhələsinin ilk turunda iş başında olacaq.

Ağayev G qrupunun Bolqarıstan – Monteneqro matçını idarə edəcək. Ona həmin oyunda Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Kamal Umudlu isə ehtiyat hakim olacaq.

Azərbaycanlı hakimlərin işinə portuqaliyalı hakim-inspektor Joao Ferreyra qiymət verəcək.

Bolqarıstan – Monteneqro matçı martın 24-də, “Ludoqorets Arena”da keçiriləcək.

Oxşar xəbərlər

Əliyar Ağayev Konfrans Liqasının qarşılaşmasında - Bolqarıstana yollanacaq
Əliyar Ağayevə yeni təyinat
Əliyar Ağayev "Mançester Siti"nin oyununda - Təyinat
Əliyar Ağayev Avro-2024-ün oyununda - Təyinat
Əliyar Ağayev İspaniya klubunun oyununda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər