reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" bu gün "Bazel"lə qarşılaşacaq -Konfrans Liqası


"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.

Sportfm.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı altıncı sınağında İsveçrə "Bazel"inin qonağı olacaq. "Sent Yakob-Park" stadionunda oynanılacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq görüşü xorvatiyalı FIFA referisi Fran Yoviç idarə edəcək. Bu komandalar arasında Bakıdakı oyunda hesab açılmayıb.

Qeyd edək ki, bu qrupun digər oyununda Kipr "Omoniya"sı Qazaxıstan "Kayrat"ını qəbul edəcək.

UEFA Konfrans Liqası

Qrup mərhələsi, VI tur

00:00. "Bazel" (İsveçrə) - "Qarabağ" (AZƏRBAYCAN)

Hakimlər: Fran Yoviç, Xrovye Radiç, Luka Puşiç, İvana Martinçiç (hamısı Xorvatiya)

Bazel, "Sent Yakop-Park" stadionu.

Xal durumu: "Bazel" - 11, "Qarabağ" - 11, "Omoniya" - 3, "Kayrat" - 1

Oxşar xəbərlər

"Bazel" - "Qarabağ" oyununun hakimləri məlum oldu - Konfrans Liqası
"Qarabağ" qrup liderliyini təmin edə bilər - Konfrans Liqası
"Kayrat" - "Qarabağ" - Konfrans Liqası
"Qarabağ" "Omoniya"ya qarşı - Konfrans Liqası
"Qarabağ" "Bazel"i uda biləcəkmi? - YENİLƏNİR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər