Karateçimiz finala vəsiqə qazandı -Avropa çempionatı
Azərbaycan karateçilərinin də qatıldığı yeniyetmə və gənclər arasında Avropa çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, son yarış günündə 18-21 yaşadək gənclərimiz mübarizəyə qoşulublar. Karateçilərimizdən Əminağa Quliyev Jose Xavier (Portuqaliya), Maksim Krasnov (Rusiya) və Karmin Lusianonu (İtaliya) məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda Pavle Dujakoviçə (BİH) qalib gələn karateçimiz finala vəsiqə qazanıb. Həlledici mərhələdə onun rəqibi Burak Özdəmir (Türkiyə) olacaq.
Qeyd edək ki, qitə çempionatında kumite üzrə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində Nihad Kərimzadə (+70 kiloqram) və Rəşid Süleymanov (63 kiloqram) qızıl, Rumil Cəfərli (76 kiloqram) gümüş medal qazanıblar. Komandamızın digər üzvü Aysu Əliyeva (47 kiloqram) isə bürünc medala sahib olub.
Milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb. Çempionatda 45 ölkədən 1008 idmançı iştirak edir.
Oxşar xəbərlər
Karateçimiz Avropa Oyunlarının qalibi oldu
Azərbaycanlı idmançı Avropa çempionu oldu
İrina Zaretska qızıl medal qazandı
Güləşçimiz Avropa Çempionatında finala çıxdı
Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası