reklam
Milli komandamız Avropada 3-cüdür -
Sportfm.az xəbər saytı

Milli komandamız Avropada 3-cüdür -Uğur


Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-23 Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, qitə birinciliyinə 8 güləşçi ilə yollanan Azərbaycan millisinin 7 üzvü fəxri kürsüyə qalxıb. Məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında mötəbər yarışda iştirak edən komanda medal rekordunu yeniləyib. 2015-ci ildən keçirilən analoji turnirdə Azərbaycanın sərbəst güləş millisi heç vaxt bu qədər medal qazanmamışdı. 

Qeyd edək ki, Avropa çempionatında Cəbrayıl Hacıyev (70 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) gümüş, Zirəddin Bayramov (65 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) bürünc medal qazanıb. Yekunda yığma 140 xal toplayıb və Avropa 3-cüsü olub. Rusiya 196 xalla 1-ci, Türkiyə isə 150 xalla 2-ci yeri tutub.

Oxşar xəbərlər

Avropa çempionu olmuş sərbəst güləşçilərimiz Vətənə qayıtdı - VİDEO
Azərbaycanın güləş yığması Avropa çempionu oldu - UĞUR
Güləş yığmamız 4-cü oldu - Dünya çempionatı
İki güləşçimiz medal şansı qazandı - Avropa çempionatı
Milli komandamızın heyəti məlumdur - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər