Qurban Qurbanov mütləq rekordçu oldu -Uğur
“Qarabağ” Premyer Liqada Qurban Qurbanovun rəhbərliyi altında 100-cü heç-heçəsini edib.
Sportfm.az xəbər verir ki, bu, 2021/22 mövsümünün ilk turunda gerçəkləşib
“Zirə” ilə səfər qarşılaşması 1:1 hesabı ilə başa çatıb. Mütəxəssisin rəhbərliyi ilə 14-cü mövsümünə start verən Ağdam klubu bu görüşədək 99 dəfə meydanı bir xalla tərk etmişdi.
Ümumiyyətlə, Qurbanov ölkə çempionatları tarixində həm oyun, həm qələbə, həm heç-heçə sayında mütləq rekordçudur. “Neftçi” və “Qarabağ”da çalışmış Qurbanov Premyer Liqada ümumilikdə 104 heç-heçə izləyib. O, bu göstəricidə “100” səddini adlayan yeganə baş məşqçidir.
Qeyd edək ki, “Qarabağ”ın Qurban Qurbanovun baş məşqçiliyi dövründə ilk heç-heçəsi 2008-ci il avqustun 16-da qeydə alınıb. Həmin gün ağdamlılar evdə AZAL-la sülhə imza atıb – 1:1.
Oxşar xəbərlər
Qurbanovdan 250-ci qələbə - Azərbaycan Premyer Liqası
Qurban Qurbanovun yubiley oyunu - 150
"Qarabağ"dan 800-cü qolu - Premyer Liqa
Qurban Qurbanovun 12-ci ili
Qurban Qurbanov yeni rekorda imza atdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası