reklam
Messi Parisə uçur, möhtəşəm qarşılama olacaq -
Sportfm.az xəbər saytı

Messi Parisə uçur, möhtəşəm qarşılama olacaq -Hadisə


İspaniyanın "Barselona" klubundan ayrılan argentinalı futbolçu Lionel Messi Fransa PSJ-si ilə müqavilə imzalamaq üçün Parisə uçacaq.

Sportfm.az xəbər verir ki, ötən gün İbiza adasında görüşən tərəflər bütün detallarda razılığa gəliblər

İddiaya görə, 34 yaşlı hücumçu bu gün Fransanın paytaxtına yollanacaq. Tibbi müayinədən sonra isə rəsmi sözləşməyə imza atacaq.

Qeyd edək ki, Messi 2003-cü ildən "Barselona"da çıxış edirdi. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.

Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.

Oxşar xəbərlər

Messi kubok sayında dünya rekordunu təkrarladı
Lionel Messi PSJ-də - RƏSMİ
Onun üçün xüsusi mətbuat konfransı olacaq - Messi gəlir
"Barselona" Messiyə müddətsiz müqavilə təklif etdi
Messi "Barselona"da qalır - 700 milyon avroya

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər