"Hakimlərimizin tez-tez kənara qaçmasını görməyəcəksiniz" -Frits Ştuxlik VAR-dan danışdı
Azərbaycan Premyer Liqası və kubok oyunları zamanı VAR sisteminin işində texniki problem yaranarsa, oyun dayandırılmayacaq.
Sportfm.az xəbər verir ki, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik KİV nümayəndələri üçün seminarda açıqlama verib.
Avstriyalı funksioner bildirib ki, AFFA və Peşəkar Futbol Liqası bununla bağlı öz aralarında razılaşmalıdır: "Hər hansı problem baş verərsə, görüş VAR-sız davam etdiriləcək. Bunu, çempionatın əsasnaməsinə də salmaq lazımdır. "Bizim hakimlərin Türkiyə çempionatının oyunlarındakı kimi, tez-tez kənara qaçmasını görməyəcəksiniz".
Ştuxlikin fikrincə, qırmızı vərəqə, penalti və qol epizodunda VAR-ın müdaxiləsi üçün müəyyən kriteriyalar var: "Məsələn, müdaxilə üçün yalnız birbaşa qırmızı vərəqə olmalıdır. İkinci "sarı"dan "qırmızı"ya görə VAR-a müraciət olunmayacaq. Penalti epizodunda hər hansı şübhə doğuran məqam varsa, mütləq VAR onu incələyəcək. Digər hallarda video-təkrara baxılmayacaq. Qol epizoduna gəlincə, bu zaman sırf qolun qaydalar çərçivəsində vurulub-vurulmadığı analiz ediləcək. Misal üçün, səhvən künc zərbəsi təyin olunubsa, və bu qolla nəticələnibsə, VAR epizoda müdaxilə etməyəcək". (report)
Oxşar xəbərlər
"Öz yerli hakimlərimizdən istifadə edəcək" - Frits Ştuxlik VAR sistemi haqqında danışdı
"Hər iki epizodda penalti təyin olunmalı idi" - Frits Ştuxlik
VAR-dan hansı hallarda istifadə ediləcək?
"Stuxlik məni uzaqlaşdırmayıb, əslində, inspektor getmək istəmədim" - Əli Hüseynov
112 oyunda 81 qələbə, 31 heç-heçə - Premyer Liqamızın statistikası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası