"Araz" məşqlərə baş məşqçisiz başladı -Çempionlar Liqası
Futzal üzrə Çempionlar Liqasına hazırlaşan "Araz” məşqlərə start verib.
Sportfm.az xəbər verir ki, komanda hələlik baş məşqçisiz hazırlaşır. Fiziki hazırlıqlara fitnes məşqçisi Əli Muradov nəzarət edir. Dünən bir araya gələn çempionun bugünkü məşqi trenajorda baş tutub. Ümumiyyətlə, fiziki çalışmalar avqustun 5-nə qədər davam edəcək.
Legionerlərdən braziliyalı Murilyo ilk gündən düşərgədə olsa da, iranlılar Amir Şocayi və Hadi Əhmədi bu gün komandanın məşqində iştirak edib. Daha bir iranlı İsaq Surqalı isə yubanır. Klub səfirliklə birgə onun dönüşünü yoluna qoymağa çalışır.
Klubdan həmçinin onu da öyrəndik ki, baş məşqçi Joze Alesio da Silva Bakıya avqustun 8-də dönəcək. Yeni transfer, vaxtilə Qazaxıstanın "Atırau” klubunda çıxış etmiş Emanuel Rodrigesin də baş məşqçi ilə birlikdə dönəcəyi gözlənilir. "Araz” rəsmiləri onların sənəd və bilet məsələlərini həll etməklə məşğuldur.
"Araz”ın təlim-məşq toplanışının ikinci mərhələsi məhz avqustun 8-nə planlaşdırlıb. (Fanat)
Oxşar xəbərlər
Alesio Da Silva fərqli "Araz Naxçıvan" görəcəyimizi vəd etdi
Naxçıvan klubu yenə braziliyalılara üz tutdu - Transfer
Slovakiya yığması ilə oyun üçün millimizin heyəti - SİYAHI
4 iranlı oyunçu Azərbaycan millisində çıxış edəcək
"Çempionlar Liqasında çətin olacaq" - Joze Alesio da Silva
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası