reklam
Yığmamızın üzvünün dəhşətli ölüm səbəbi bilindi -
Sportfm.az xəbər saytı

Yığmamızın üzvünün dəhşətli ölüm səbəbi bilindi - "Patı" -Açıqlama


Ötən gün saytımızda Azərbaycan yığmasının üzvü olan ağırlıqqaldıran Allahyar Abışovun ölüm xəbərini dərc etmişdik. 26 yaşında qəflətən dünyasını dəyişən idmançının bacısı Rəna Abışova ölkə çempionunun müəmmalı vəfatı ilə bağlı detalları Sportfm.az saytına açıqlayıb:"Qardaşım gözəl idmançı idi, milli komandanın şərəfini qoruyurdu, nə oldusa pandemiya dövründə oldu. Bu müddət ərzində idmandan uzaq düşdü. Namaz qılan Allahyar son 4-5 ayda pis uşaqlara qoşulmuşdu, heç özümüz də bilmirdik nələr baş verir. Ona uğurlarına görə mənzil də verilmişdi. Bir müddət öncə eşitdik ki, həmin uşaqlarla patıya(süni narkotik) qurşanıb, amma artıq gec idi. Qardaşım bu maddəni yüksək dozada qəbul etdiyi üçün ölüb, elə deyirlər. Xahiş edirəm, hər kəs bunu paylaşsın, başqa gənclər ölməsin, bizi bu bəladan qurtarın". 

Qeyd edək ki, 62 kiloqrama qədər ştanqçılar arasında Avropa çempionatının bürünc mükafatçısı olan yığmamızın üzvünün ölümünün səbəbinin aşkara çıxarılması üçün tibbi ekspertiza təyin edilib.
İdmançı 26 yaşında həyatdan köçüb. Allah rəhmət eləsin!

 

Oxşar xəbərlər

Azərbaycan yığmasının üzvü qəflətən vəfat etdi - 26 yaşında
Güləş millimizin məşqçisi dünyasını dəyişdi - 46 yaşında
İngilis futbolçu qəflətən öldü
"Əli Ömərovla münasibətlərimiz yaxşı deyildi" - Azərbaycan güləşçisi
Azərbaycan millisinin baş məşqçisi dünyasını dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər