"Necə oynamalı olduğumuzu bilirdik" -Samir Abasov
"Azarkeşlərimiz üçün darıxmışdıq. Sağ olsunlar, bizi tək qoymadılar. Atmosfer möhtəşəm idi".
Sportfm.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis futbolçulara təşəkkürünü bildirib: "Bu cür oyunlara çıxmaq gərginlikdir. Bəzi epizodlarda səhvlərimiz oldu. Amma oyundan-oyuna daha da güclənəcəyik. Buna əminəm. Futbolçularım hər iki matçda əlindən gələni etdi. Cəmi 3 yoxlama matçından sonra bu səviyyədə oynamaq asan deyil. Oyunçularımız bacardılar və lazımi nəticəni qazandılar".
Abasovun sözlərinə görə, hesab "Neftçi"ni ehtiyatlı oynamağa vadar edirdi: "Qol buraxdıqdan sonra hücuma atılmalı idik. Necə oynamalı olduğumuzu bilirdik. Yenə deyirəm, əsas nəticə idi".
Oxşar xəbərlər
"Qarabağ"la oyuna son şans kimi baxırlar" - Qurban Qurbanov
"Hər şeyə sıfırdan başlayacağıq" - Samir Abasov
"Bizi gərgin və maraqlı görüş gözləyir" - Samir Abasov
""Çempionlar Liqasının qrupu bizim üçün röyadır" - Samir Abasov
"Çətin olacağını bilirdik" - "Neftçi"nin məşqçisi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası