![](http://komanda.az/wp-content/uploads/2022/10/qurban-ramil.jpg)
![](/templates/amon/images/logo2.png)
"Qarabağ"la oyuna son şans kimi baxırlar" -Qurban Qurbanov
Avropa Liqasının qrup mərhələsinin "Qarabağ" - "Olimpiakos" matçından öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konrfansı keçirilib.
Sportfm.az xəbər verir ki, 50 yaşlı mütəxəssis sabah keçiriləcək oyunla bağlı danışıb:
"Rəqibə düzgün yanaşmalıyıq. Onların müsahibələrini oxuyuram, çox istəklidilər. "Qarabağ"la oyuna son şans kimi baxırlar. Bu, onların oyuna ciddi hazırlaşmasından xəbər verir. Bizdə son günlərdə yorğunluq var idi. Amma inanıram ki, futbolçularım tam olaraq özlərinə gələcəklər və sabahkı matça hazır olacaqlar. Pireydəki oyunda hesab yaxşı idi. Yaxşı qollar vurduq. Amma oradakı hesab bizi aldatmalı deyil. Əsasən də
məni və futbolçularımı. Xırda detalları futbolçulara çatdırmışıq. Səfərdə səhvlərimiz çox oldu. Oyuna sonadan baxanda buna tam əmin oldum. Bunu da rəqib bizi məcbur etdi. Ciddi rəqibə qarşı yaxşı oynamalı və ciddi hazırlaşmalıyıq. Sabah da yaxşı oynayıb, ən yaxşı oyunumuzu keçirməliyik.
Oxşar xəbərlər
"Soyuq olacaq, qar yağacaq, amma biz hazırıq" - Qurban Qurbanov
Qurban Qurbanov: Rəqibin fikri bizi maraqlandırmır
Qurban Qurbanov: "Bakıda bizi daha çətin və ağır oyun gözləyir"
Robert Prosineçki:"Oyunda yaxşı çıxış edəcəyinə söz verə bilmərəm"
Qurban Qurbanov: "Komandamız oyuna hazırdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin