"Fanatları sevindirmək üçün bütün gücümüzü ortaya qoyacağıq" -“Qarabağ”ın legioneri
“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade klubun saytına açıqlama verib.
Sportfm.az xəbər verir ki, Kabo-verdeli futbolçu Avstriyadakı hazırlıq prosesindən danışıb:
“Məşqlər istədiyimiz kimi gedir. Gündən-günə formaya düşürük. Oyun ritmimizə daha çox yaxınlaşırıq. Hazırlıq planlaşdırılan şəkildə davam edir. Komandamızda əla ab-hava var. Bütün futbolçular həvəsli və motivasiyalıdır.
Avstriyada iki yoldaşlıq oyunu keçmişik. Bu matçların komandaya faydası çox olacaq. Çatışmayan cəhətlərimizi müəyyənləşdirib, üzərində çalışacağıq. Ümid edirəm ki, rəsmi oyunlara tam hazır olacağıq. Azarkeşlərin tribunalara qayıtmasına çox sevinirik. Futbol onlarla daha gözəldir. Fanatları qələbələrimizlə sevindirmək üçün bütün gücümüzü ortaya qoyacağıq”.
Oxşar xəbərlər
"Məqsədimiz gənclərə üstünlük verməkdi" - "Qarabağ"ın baş məşqçisi
Xayme Romero azarkeşlərə görə sevinib - Müsahibə
"Əsas hədəfim daha yaxşı oynamaqdır" - Kevin Medina
"Avrokuboklara vəsiqə üçün mübarizə aparacağıq" - Amin Seydiyev
"Qarabağ"ı üstələmək üçün bütün gücümüzü ortaya qoyacağıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Araz-Naxçıvan” bu gün ilk oyununa çıxacaq - Çempionlar Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Marafon” məğlub oldu - “World Winners Cup Alanya 2026”
-
“Səbail” “Zirə”yə, “Qəbələ” “Mingəçevir”ə qarşı - Azərbaycan kuboku
-
"Qalatasaray" - "Fənərbaxça" 2:1 - VİDEO
-
Millimiz İnkişaf Turnirini qələbə ilə bitirdi














Misli Premyer Liqası