Tokioda Azərbaycanı 17 əcnəbi təmsil edəcək -Acı reallıq
Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış Azərbaycan idmançılarının sayı 47-yə yüksəlib.
Sportfm.az xəbər verir ki, vəsiqələrdən 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çövnövçülük, 5-i boks, 3-ü karate, 3-ü atletika, 3-ü üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i ağırlıqqaldırma, 1-i güllə atıcılığı, 1-i şosse velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (vayld-kart) növlərində əldə edilib. Ən maraqlısı isə odur ki, Yaponiyanın paytaxtında baş tutacaq olimpiadaya vəsiqə qazananlar sırasında 17 nəfər milliləşdirilmiş idmançı var. Bəli, məhz 17 nəfər əcnəbi idmançı Tokioda Azərbaycanın idman şərəfini qoruyacaq.
Təəssüflər olsun ki, uzun illərdir Azərbaycanda idmanın bütün sahələrində yerli idmançıları yetişdirmək əvəzinə böyük pullar hesabına əcnəbilər gətirilir. Bu isə bizim idmanımız üçün gələcəkdə yaxşı heç nə vəd etmir.
1. Anna Skidan (Atletika - çəkicatma)
2. Maksim Şemberev (Üzgüçülük - 400 m qarışıq)
3. Mariya Stadnik (Qadın güləşi - 50 kq)
4. Şərif Şərifov (Sərbəst güləş - 97 kq)
5. Zöhrə Ağamirova (Bədii gimnastika - çoxnövçülük)
6. Yelizaveta Luzan (Bədii gimnastika - qrup çoxnövçülük)
7. Darya Sorokina (Bədii gimnastika - qrup çoxnövçülük)
8. Məryam Səfərova (Bədii gimnastika - qrup çoxnövçülük)
9. Ləman Əlimuradova (Bədii gimnastika - qrup çoxnövçülük)
10. Zeynab Hummatova (Bədii gimnastika - qrup çoxnövçülük)
11. Marina Nekrasova (İdman gimnastikası - qadınlar çoxnövçülük)
12. İvan Tixonov (İdman gimnastikası - kişilər çoxnövçülük)
13. Ruslan Lunyov (Güllə atıcılığı - 25 m məsafəyə kiçikçaplı tapançadan atəş açma)
14. Elçin Əsədov (Velosiped idmanı - şosse)
15. Milad Beigi Hərçəqani (Taekvondo - 80 kq)
16. Nazim Babayev (Atletika - üç təkanla tullanma)
17. Tayfur Əliyev (Boks - 57 kq)
18. Hacı Əliyev (Sərbəst güləş - 65 kq)
19. Hacımurad Hacıyev (Sərbəst güləş - 74 kq)
20. İslam Abbasov (Yunan-Roma güləşi - 87 kq)
21. Anna Başta (Qılıncoynatma - sablya)
22. Elis Manolova (Qadın güləşi - 68 kq)
23. Rafiq Hüseynov (Yunan-Roma güləşi - 77 kq)
24. Fəridə Əzizova (Taekvondo - 67 kq)
25. Rafael Ağayev (Karate - 75 kq)
26. İrina Zaretska (Karate - +61 kq)
27. Edi Reski Dviçayo (Badminton)
28. Kəramət Hüseynov (Cüdo - 60 kq)
29. Orxan Səfərov (Cüdo - 66 kq)
30. Rüstəm Orucov (Cüdo - 73 kq)
31. Murad Fətiyev (Cüdo - 81 kq)
32. Məmmədəli Mehdiyev (Cüdo - 90 kq)
33. Zelim Kotsoyev (Cüdo - 100 kq)
34. Uşangi Kokauri (Cüdo - +100 kq)
35. Aişə Qurbanlı (Cüdo - 48 kq)
36. İrina Kindzerska (Cüdo - +78 kq)
37. Rostislav Pevtsov (Triatlon)
38. Cavid Çələbiyev (Boks - 63 kq)
39. Lorenso Sotomayor (Boks - 69 kq)
40. Alfonso Dominges (Boks - 81 kq)
41. Məhəmməd Abdullayev (Boks - +91 kq)
42. Firdovsi Farzaliyev (Karate - 67 kq)
43. Emin Cəfərov (Stend atıcılığı) - vayld kart
Təsdiq olunmayıb, amma lisenziya qazanıblar:
44. Alexis Kopello (Atletika - üç təkanla tullanma)
45. Ramil Vəlizadə (Üzgüçülük)
46. Əliş Nəzərov (Ağırlıqqaldırma - 109 kq) - universal vəsiqə
47. Məryəm Şeyxəlizadə Xanqan (Üzgüçülük) - universal vəsiqə.
Qeyd edək ki, yekun siyahı iyulun 5-də müəyyənləşəcək. Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Olimpiya Oyunlarını qızılsız başa vurudu - 7 medal
33 idmançımız mübarizəni başa vurdu, 3 medalımız var - Tokio-2020
31 idmançısı çıxışını bitirdi, 3-ü medal qazandı - Tokio-2020
Lisenziya qazanmış idmançılarımız - Tokio-2020
İdmançılarımızdan 16 lisenziya - Tokio-2020
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası