reklam
İdmançılarımızdan 16 lisenziya -
Sportfm.az xəbər saytı

İdmançılarımızdan 16 lisenziya -Tokio-2020


Azərbaycan idmançıları Tokio şəhərində keçiriləcək XXXll Yay Olimpiya Oyunlarına indiyədək 16 lisenziya qazanıblar.

Sportfm.az xəbər verir ki, lisenziyalar atletika (2), atıcılıq (1), bədii gimnastika (2), idman gimnastikası (2), sərbəst güləş (3), qadın güləşi (1), yunan-Roma güləşi (1), üzgüçülük (1), velosiped (şose, 1), boks (1), taekvondo (1) üzrə qazanılıb.

Olimpiya Oyunlarına vəsiqəni atletika üzrə Anna Skidan (çəkicatma), Nazim Babayev (üç təkanla tullanma), üzgüçülük üzrə Maksim Şemberev (400 m qarışıq), qadın güləşi üzrə Mariya Stadnik (50 kq), sərbəst güləş üzrə Şərif Şərifov (97 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), yunan-Roma güləşi üzrə İslam Abbasov (87 kq), bədii gimnastika üzrə Zöhrə Ağamirova (çoxnövçülük), Aliyə Paşayeva, Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova, Zeynəb Hümmətovadan ibarət qrup hərəkətləri komandası (qrup, çoxnövçülük), idman gimnastikası üzrə Marina Nekrasova (çoxnövçülük), İvan Tixonov (çoxnövçülük), güllə atıcılığı üzrə Ruslan Lunyov (25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma), taekvondo üzrə Milad Beigi Harçeqani (80 kq), boks üzrə Tayfur Əliyev (57 kq) əldə ediblər. Həmçinin Azərbaycan millisi şose velosipedi idman növündə 1 lisenziyaya sahib olub.

Hazırda lisenziya yarışları davam edir.

Oxşar xəbərlər

Azərbaycan Olimpiya Oyunlarını qızılsız başa vurudu - 7 medal
31 idmançısı çıxışını bitirdi, 3-ü medal qazandı - Tokio-2020
Tokioda Azərbaycanı 17 əcnəbi təmsil edəcək - Acı reallıq
Lisenziya qazanmış idmançılarımız - Tokio-2020
Olimpiya və Paralimpiya Oyunlarına lisenziya qazananlar - Tokio-2020

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər