"Qarabağ"ın futbolçusu:"Bu mövsüm hədəfimiz ölkə çempionu olmaqdır"
"Hazırlıqlarımız yaxşı keçir. Toplanışın ilk günlərində fiziki məşqlərə üstünlük verilir. Məşqlərdə istəkli və həvəsliyik. Komandada yüksək motivasiya var. "Keşlə" ilə yoxlama görüşümüz də yaxşı keçdi. Yoxlama matçı olsa da, meydana motivasiyalı çıxmışdıq. Düzdür, çatışmayan cəhətlərimiz var idi. Bunu da təlim-məşq toplanışında aradan qaldırmağa çalışacağıq".
Sportfm.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Abbas Hüseynov klubun rəsmi saytına açıqlamasında deyib. Müdafiəçi komandanın hazırlıq prosesi və yeni mövsümün hədəfləri barədə danışıb:
"Üzərimizdə çalışıb, daha yaxşı səviyyəyə qalxmaq istəyirik. Hazırlığa yeni başladığımız üçün komandamız hələ tam formada deyil. Növbəti yoxlama oyunları bizə faydalı olacaq. Ötən mövsüm Premyer Liqada 2-ci olduq. Ancaq bu mövsüm hədəfimiz ölkə çempionu olmaqdır. Bunun üçün də çox çalışmalıyıq. Konfrans Liqasında "Aşdod"la qaşılaşacağıq. Bilirik ki, İsrail klubları zəif olmur. Rəqibi analiz edirik. Çalışacağıq ki, mərhələ keçən tərəf olaq. Bu mövsüm qələbələrimizlə azarkeşlərimizi sevindirmək istəyirik".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" görüşü iyulun 22-si 20:00-da başlayacaq. Komandalar arasında cavab matçı iyulun 29-da oynanılacaq.
Oxşar xəbərlər
"Qarabağ"dan çəkinmirik" - Gil Koen
Biletin qiymətləri açıqlandı - "Qarabağ" - "Aşdod"
"Qarabağ" və "Sumqayıt"ın rəqibləri qarşılaşdı - Yoldaşlıq görüşü
Qurban Qurbanov: "Azarkeşlərimizi sevindirmək istəyirik”
"Avrokuboklara vəsiqə üçün mübarizə aparacağıq" - Amin Seydiyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası