Güləşçilərimizin əsas rəqibləri açıqlandı -AVRO-2020
Sərbəst güləş üzrə Rusiya yığmasının Tokio-2020 Yay Olimpiya Oyunları üçün heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, komandada Zaur Uquyev (57 kq), Hacımurad Rəşidov (65 kq), Zaurbek Sidakov (74 kq), Artur Nayfonov (86 kq), Abdulrəşid Sadulayev (97 kq) və Sergey Kozırev (125 kq) yer alıb.
Rəşidov Azərbaycan təmsilçilərindən 3 qat Avropa və 3 dünya çempionu Hacı Əliyevin, Sidakov Hacımurad Hacıyevin, Sadulayev isə olimpiya, dünya və Avropa çempionu Şərif Şərifovun ən əsas rəqiblərindən olacaq.
Sadulayev hazırkı olimpiya çempionu olmaqla yanaşı, 4 qat dünya və Avropa çempionudur. Rəşidov və Sidakov isə iki dəfə dünya çempionu adını qazanıb.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarının 23 iyul - 8 avqustda keçirilməsi planlaşdırılıb. Olimpiadada sərbəst güləş yarışları 4 - 7 avqustda gerçəkləşəcək.
Oxşar xəbərlər
İkiqat olimpiya çempionu Avropa çempionatına buraxılmadı
Olimpiya mükafatçıları çempionatda iştirak etməyəcək
Güləşçilərimiz lisenziya uğrunda mübarizə aparacaq - Tokio-2020
Güləşçilərimiz pul almaqda davam edəcək
Olimpiya çempionumuz dünyanın ən yaxşıları sırasında - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan cüdoçularının ilk rəqibləri bilindi - Böyük Dəbilqə
-
“Neftçi” - “Qarabağ” - START HEYƏTLƏR
-
“Neftçi” uduzdu, “Turan Tovuz” qələbə qazandı - Əvəzedicilər Liqası
-
“Kəpəz” - “Sumqayıt” matçına hakim təyinatları açıqlandı
-
“Səbail”dən darmadağın - I Liqa
-
Çempionlar Liqasında həftənin oyunçusu bilindi















Misli Premyer Liqası