İdman zallarından istifadə qaydaları -Qərar
Səhiyyə Nazirliyi idman zallarından istifadə qaydalarını açıqlayıb.
Sportfm.az xəbər verir ki, zala gedən şəxslər koronavirusla bağlı bəzi tələblərə əməl etməlidirlər.
İdman zalına giriş və çıxış zamanı əllər sabun və su ilə yuyulmalıdır. Alətlərə toxunduqdan sonra əlləri antiseptik məhlulla təmizləmək tələb olunur. Zaldan istifadə üçün şəxsi əşyalar (dəsmal və s.) götürmək, içəridə ən azı 2 metr sosial məsafə saxlamaq lazımdır. İdman edərkən üzə toxunmaq olmaz. Zalda məşq edən şəxlər üzünün yerə və ya alətə toxunmadığına əmin olmalıdır.
Həmçinin paltardəyişmə otağında uzun müddət qalmamaq, xəstəlik (qızdırma, öskürək, nəfəs darlığı, baş ağrısı, halsızlıq, ishal və s.) əlamətləri olanların idman zallarına getməməsi tövsiyə olunur.
Oxşar xəbərlər
İdman zallarından, kitabxana və hovuzdan istifadəyə icazə verilir
Azərbaycan məktəblərində idman zallarından istifadə edilməyəcək - Qərar
Güləşçilərə məşqdə uzunqol köynək geyinəcək - Yenilik
Azərbaycan klubları paltardəyişmə otağından istifadə etməyəcək
Türkiyə futbolunda qadağalar - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası