Uels - Türkiyə matçına neçə bilet satıldı? -AVRO-2020
Bu gün Uels və Türkiyə yığmaları arasında Bakıda keçiriləcək Avropa çempionatının A qrupunun oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.
Onun sözlərinə görə, qarşılaşma üçün 29 minə yaxın bilet satılıb. Assosiasiyası rəsmisi bilet satışının davam etdiyini və çox az sayda biletin qaldığını sözlərinə əlavə edib.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Uels - Türkiyə görüşü saat 20:00-da başlayacaq. Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3. (report)
Oxşar xəbərlər
Azərbaycan - Avstriya matçına beş minə yaxın bilet satıldı
Avrokubok matçına satılmış biletlərin sayı - 15 min bilet
Bakıdakı son oyuna 21 000 bilet satıldı - AVRO-2020
Bakıdakı oyunlara neçə bilet satıldı - AVRO-2020
Bakıya gəlmək istəyən fanatların sayı durmadan artır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası