

Divizionda limitlə bağlı qərarlar -AFFA
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclas zamanı birinci divizionda limit 5 nəfər təvəllüdü 2000-ci ilə qədər olan futbolçu, 6 nəfər yaş məhdudiyyəti olmadan müəyyən edilib. Yaş məhdudiyyəti tətbiq olunmayan 6 futbolçudan 2-si legioner ola bilər.
Əvəzedici komandası Birinci Divizionda və qadınlardan ibarət komandaları müvafiq liqalarda iştirak etməyən klubların 2020-2021-ci il mövsümü üçün nəzərdə tutulan müvafiq cəriməsi COVİD-19 pandemiyası ilə əlaqədar ləğv olunub. 2021-2022-ci il mövsümündə əvəzedici komandasının birinci divizionda iştirakını təsdiq etməyən klub müvafiq qaydada 150.000 (yüz əlli min) AZN cərimə məbləğini 3 ay ərzində ödəməlidir. Əvəzedici komandası Birinci Divizionda iştirak edən hər bir kluba AFFA tərəfindən 50.000 (əlli min) AZN ödəniləcək.
Oxşar xəbərlər
"Sabah"ın əvəzedici komandası ləğv edildi, Barış Şimşek təyinat aldı
İcraiyyə Komitəsinin qərarları - AFFA
İcraiyyə Komitəsinin iclasında hansı qərarlar qəbul edildi?
Birinci Divizionda neçə legioner futbolçu çıxış edə bilər? - RƏSMİ
Birinci divizionda limit müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin