reklam
Gimnastımız dünya üçüncüsü oldu -
Sportfm.az xəbər saytı

Gimnastımız dünya üçüncüsü oldu -Dünya Kuboku


Aerobika gimnastlarımızın Vətəndə dünya çempionu olduqdan sonra daha bir medal xəbəri Bolqarıstanın Varna şəhərindən gəldi.

Sportfm.az xəbər verir ki, idmançımız Varnada keçirilən idman gimnastikası üzrə dünya kubokunda fərqlənib. Yarışda ölkəmizi idman gimnastikası üzrə yığma komandanın üzvləri İvan Tixonov və Nikita Simonov təmsil ediblər.

Yarışda 3 final mərhələsinə adlamış İ.Tixonov kubok yarışlarının sonuncu günündə dayaqlı tullanma aləti üzrə icra etdiyi çıxışına görə bürünc medal qazanıb. Paralel qollar üzrə finalda isə gimnastımız medalın bir addımlığında dayanıb. Halqalarla nümayiş etdirdiyi proqrama görə 5-ci olub.

Oxşar xəbərlər

İdmançılarımız dünya kubokunda finala yüksəldi
Gimnastımız bürünc medal qazandı - Dünya kuboku
Azərbaycan gimnastı finalda - Avropa çempionatı
Azərbaycanın iki gimnastı Tokio-2020-yə lisenziya qazandı
Daha iki gimnastımız Dünya Kubokunda finala çıxdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər