Daha iki futbolçu "Şöhrət zalı"na daxil edildi
İngiltərə Premyer Liqanın "Şöhrət zalı"na daxil edilən daha iki futbolçu müəyyənləşib.
Sportfm.az xəbər verir ki, bunlar "Mançester Yunayted"in sabiq futbolçusu Roy Kin və "Çelsi"nin keçmiş oyunçusu Frenk Lemparddır.
Roy Kin 1993-cü ildən 2005-ci ilə qədər "Mançester Yunayted"də oynayıb və 7 dəfə İngiltərə çempionu olub, 4 İngiltərə kuboku, eyni sayda Superkubokunu qazanıb.
Lempard isə 2001-2014-cü illər arasında "Çelsi"nin şərəfini qoruyub və 3 dəfə İngiltərə çempionu, 4 dəfə kubok, 2 dəfə isə Superkuboku qazanıb.
Qeyd edək ki, bundan əvvəl "Arsenal"ın əfsanəvi futbolçusu Tyeri Anri, çempionatın bombardiri Alan Şirer və "Mançester Yunayted"in sabiq oyunçusu Erik Kantonanın adı "Şöhrət zal"ına salınıb.
Oxşar xəbərlər
2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi
Əfsanəvi hücumçunun adı Şöhrət Zalına daxil edildi - Premyer Liqa
"Mançester Siti" İngiltərə çempionu oldu - 7-ci dəfə
"Ser" evə yollandı
“Mançester Siti” son 63 ildə ilk dəfə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası