"Neftçi" - "Qarabağ" oyununa əlavə təyinatın səbəbi -AÇIQLAMA
Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda bu gün keçiriləcək "Neftçi" - "Qarabağ" matçına ehtiyat laynsmanın təyinat almasının səbəbi açıqlanıb.
Sportfm.az Bu barədə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik açıqlamasında məlumat verib.
Avstriyalı funksionerin sözlərinə görə, ehtiyat hakim kimi təyinat alan Müslüm Əliyev 4-cü referinin yanında yer alacaq və heç bir əlavə səlahiyyəti olmayacaq: "Yalnız iki köməkçi hakimdən birinin oyun zamanı zədələnməsi və əvəzlənməyə ehtiyac olması halında Əliyev meydana çıxacaq, köməkçi hakim kimi oyuna davam edəcək".
Ştuxlik görüşün 4-cü hakim Kamal Umudlunun yan xətt hakimi kimi praktikasının olmadığını söyləyib. O bildirib ki, baş hakim Elçin Məsiyevi zədə alacağı təqdirdə, yalnız Umudlu əvəz edə biləcək.
AFFA rəsmisi UEFA-nın da Çempionlar Liqası və Avropa Liqası turnirlərin, eyni zamanda AVRO-2020 final oyunlarında da risk etmək istəmədiyini vurğulayıb. Ştuxlik bu ideyaya uyğun addım atdıqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu saat 20:30-da başlayacaq. (report)
Oxşar xəbərlər
AFFA rəsmisi “Atalanta”nın oyununda - Təyinat
AFFA rəsmisi “Real”ın oyununda - Çempionlar Liqası
AFFA rəsmisi yığmanın oyununa dəvət aldı - Təyinat
Stuxlik “Yuventus”un matçında
Frits Stuxlik Ukraynaya yollanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası