reklam
Bu gün 4 güləşçimiz mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Bu gün 4 güləşçimiz mübarizəyə başlayır -Avropa çempionatı


Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, 36 ölkədən 425 idmançının iştirak edəcəyi qitə birinciliyinin ikinci günündə - mayın 18-də 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulacaqlar.

Milli komandamızın üzvlərindən Əşrəf Aşırov (74 kq) Çermen Valiyev (Rusiya) - Lukas Kant (Almaniya) cütünün qalibi ilə, Orxan Abasov (86 kq) israilli Uri Kalaşnikov, Osman Nurməhəmmədov (92 kq) Recep Haydari (Şimali Makedoniya), Vahid Qalayev (125 kq) isə Gürcüstan təmsilçisi Aleksi Jorjoliani ilə qarşılaşacaq.

Bu gün, həmçinin güləşçilərimizdən Əliabbas Rzazadə (57 kq) və Cəbrayıl Hacıyev (70 kq) qızıl medal uğrunda xalça üzərinə çıxacaqlar.

Görüşlər hər gün Bakı vaxtı ilə saat 13:30-da start götürür. Medallar uğrunda mübarizə isə saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

İdmançılarımız mübarizəyə qoşulur -
Milli komandamız Avropada 3-cüdür - Uğur
Güləşçilərimiz final görüşünə çıxacaq - Avropa çempionatı
İki güləşçimiz medal şansı qazandı - Avropa çempionatı
Milli komandamızın heyəti məlumdur - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər