Komandalarımız kubok oyunlarına itkilərlə çıxacaq -Zədə səbəbindən
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarında bir neçə futbolçunun iştirak etməyəcəyi dəqiqləşib.
Sportfm.az xəbər verir ki, "Qarabağ"ın futbolçuları Filip Ozobiç və Şahruddin Məhəmmədəliyev "Sumqayıt"la ev matçını zədə səbəbindən buraxacaqlar.
Ağdam təmsilçisində yüngül zədələri olan Patrik Andrade və Bədavi Hüseynovun görüşdə iştirakı sual altındadır. Qonaqların heyətində isə cəzalı və ya zədəli oyunçu yoxdur.
"Zirə"nin iki futbolçusu "Keşlə"yə qarşı ev matçında olmayacaq. Ruslan Qurbanov ötən həftə koronavirusa yoluxduğundan, Riçard Almeyda isə cəzalı duruma düşdüyündən, komandasına köməklik etməyəcək.
"Keşlə"də isə legionerlər - Miyusko Boyoviç və Yevgeni Koçuk zədə səbəbindən meydana çıxmayacaq.
4 komandanın hər birinin növbəti koronavirus testlərinin cavabları hələ bəlli deyil.
Qeyd edək ki, yarımfinalın cavab oyunları aprelin 29-da olacaq. İlk görüşdə "Zirə" "Keşlə"ni 2:1 hesabı ilə üstələyib. "Sumqayıt" - "Qarabağ" matçında isə hesab açılmayıb.
Oxşar xəbərlər
"Sabah" - "Qarabağ" matçı öncəsi itkilər - Misli Premyer Liqası
"Qarabağ" "Keşlə"ni məğlub etdi - Premyer Liqa
"Qarabağ" "Linfild"lə oyun ərəfəsində ciddi problemlərlə üzləşdi
"Zirə" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq - FOTO
"Kəpəz" "ciddi itkilərlə çıxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası