Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Aldığı zərbədən dünyasını dəyişdi -19 yaşında
İordaniyalı boksçu Raşed əl-Svaisat Polşanın Kelts şəhərində gənclər arasında keçirilmiş dünya çempionatında aldığı zərbədən dünyasını dəyişib.
Sportfm.az Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı idmançı aprelin 16-da 81 kq çəki dərəcəsində estoniyalı Anton Vinoqradovla üçüncü raund qarşılaşmasında öldürücü zərbədən huşunu itirərək yerə yıxılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan yığmasının üzvü Nicat Hüseynov 49 kq çəki dərəcəsində bürünc medala sahib olub.
Oxşar xəbərlər
Erməni boksçu aldığı zərbədən dünyasını dəyişdi - VİDEO
Məşqdə həyatının son zərbəsini aldı - ŞOK
Boksçu rinqdə aldığı zərbədən dünyasını dəyişdi - VİDEO
ŞOK - Dadaşov dünyasını dəyişdi
Ölümcül xəstəliyə qalib gəldi, zərbədən öldü - ŞOK
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası