AFFA klubları cəzlandırdı - 4800 manat
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXIV turunun oyunları, ölkə kubokunun ilk yarımfinal matçları, həmçinin I Divizionun XXIII turunun qarşılaşmalarında baş verən qayda pozuntuları müzakirə olunub.
Qəbul olunmuş qərarları təqdim edirik:
25.04.2021-ci ildə Premyer Liqanın XXIV turunun “Keşlə” – “Səbail” oyununda “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
25.04.2021-ci ildə Premyer Liqanın XXIV turunun “Zirə” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
25.04.2021-ci ildə Premyer Liqanın XXIV turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 3 futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldığı üçün klub 4800 manat cərimə olunur. (maddə 40)
25.04.2021-ci ildə Premyer Liqanın XXIV turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 4 nömrəli futbolçusu Bəhlul Mustafazadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. (maddə 47)
25.04.2021-ci ildə Premyer Liqanın XXIV turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 13 nömrəli futbolçusu Filip İvanoviç qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. (maddə 47)
25.04.2021-ci ildə Premyer Liqanın XXIV turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 19 nömrəli futbolçusu Təmkin Xəlilzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimi təhqir etdiyi üçün 4 oyun cəzalanır klub 3200 manat cərimələnir. (maddə 41.3)
25.04.2021-ci ildə Premyer Liqanın XXIV turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun rəsmi şəxsi Miloş Jevtic barəsində araşdırılma aparılır.
25.04.2021-ci ildə Premyer Liqanın XXIV turunun “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
25.04.2021-ci ildə Premyer Liqanın XXIV turunun “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun baş məşqçisi Samir Abasov oyundan sonra dava-dalaşa təhrik edici hərəkətlər etməsinə, aqressivlik göstərməsinə, mətbuat konfrası zamanı hakimin qərarlarını müzakirə etməsinə və qeyri-etik ifadələr işlətməsinə görə 2 oyun cəzalanır klub 4000 manat cərimə olunur.
21.04.2021-ci ildə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Keşlə” – “Zirə” oyununda “Zirə” klubu stadiona gələrkən gecikdiyi üçün klub 800 manat cərimə olunur. (maddə 54)
20.04.2021-ci ildə I Divizionun XVIII turunun “Sabah-2” – “Neftçi-2” oyununda “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
23.04.2021-ci ildə I Divizionun XXIII turunun “Zaqatala” – “Keşlə-2” oyununda matçın 55-ci dəqiqəsində “Zaqatala” klubunun 3 nömrəli futbolçusu Nicat Oruclu “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimələnir. (maddə 36.1)
24.04.2021-ci ildə I Divizionun XXIII turunun “Sabah-2” – “Sumqayıt-2” oyununda “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
24.04.2021-ci ildə I Divizionun XXIII turunun MOİK – “Qarabağ-2” oyununda MOİK klubunun 4 nömrəli futbolçusu Nurlan Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. (maddə 47)
24.04.2021-ci ildə I Divizionun XXIII turunun MOİK – “Qarabağ-2” oyununda MOİK klubunun 5 nömrəli futbolçusu Rüstəm Rüstəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. (maddə 47)
24.04.2021-ci ildə I Divizionun XXIII turunun MOİK – “Qarabağ-2” oyununda matçın 86-cı dəqiqəsində MOİK klubunun 2 nömrəli futbolçusu Qabil Sabrilinin “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır klub 240 manat cərimələnir. (maddə 37.2)
24.04.2021-ci ildə I Divizionun XXIII turunun MOİK – “Qarabağ-2” oyununda matçın 86-cı dəqiqəsində MOİK klubunun 29 nömrəli futbolçusu Zahir Xanhüseynlinin “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır klub 240 manat cərimələnir. (maddə 37.2)
24.04.2021-ci ildə I Divizionun XXIII turunun MOİK – “Qarabağ-2” oyununda “Qarabağ-2” klubunun 45 nömrəli futbolçusu Seyxan Fərəcov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. (maddə 47)
24.04.2021-ci ildə I Divizionun XXIII turunun MOİK – “Qarabağ-2” oyununda MOİK klubunun məşqçisi Ramin Nəsibov ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 80 manat cərimə olunur. (maddə 61.1)
26.04.2021-ci ildə I Divizionun XXIII turunun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |