reklam
Klublar Superliqaya qarşıdır -
Sportfm.az xəbər saytı

Klublar Superliqaya qarşıdır -İngiltərədə


Futbol üzrə İngiltərə Premyer Liqası Avropa Super Liqasının inkişafına mane olmaq üçün bütün variantları nəzərdən keçirəcək.

Sportfm.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Yarışın rəhbərliyi bu gün turnir iştirakçısı olmayan 14 klubun nümayəndəsi ilə görüşdə Superliqanın yaradılmasının mümkün mənfi təsirlərini müzakirə edib. Klublar yekdilliklə turnirin təşkili bağlı bütün planları rədd ediblər.

Bildirilib ki, Superliqanı maliyyələşdirən səhmdarları daxili qaydalara uyğun olaraq məsuliyyətə cəlb etmək üçün bütün mümkün yollara əl atılacaq. Premyer Liqa rəhbərliyi futbolun əsas prinsiplərini qorumaqda maraqlı olan tərəflərlə çalışmağa davam edəcəklərini açıqlayıb. Qurum yarışa qatılan klubları dərhal bu ideyadan imtina etməyə dəvət edib.

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasında iştirakını təsdiqləyib.

Oxşar xəbərlər

Superliqanın yeni formatı açıqlandı
“Real”, “Barselona” və “Yuventus”un planı - Avropa Liqası
"Super Liqa layihəsinin ləğvi ilin ən böyük zəfərdir" - Aleksander Çeferin
UEFA Avropa nəhənglərinə uduzdu - Sanksiyalar ləğv edildi
"Superliqa matçlarına qadağa qoyulacaq" - Baş nazir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər