reklam
Sportfm.az xəbər saytı

"Başıma 25-dən artıq, üzümə 7 tikiş qoyulub" -"Qarabağ"ın qapıçısı


Premyer Liqanın XXIII turunda "Səbail”lə səfər matçının ilk hissəsində ağır zədə alan "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin müalicəsi davam edir. 
Sportfm.az xəbər verir ki, qolkiper zədələndiyi epizod və son durumu ilə bağlı klubun saytına açıqlama verib:
"Həmin anda nə baş verdiyini anlamadım. Topa birinci mən çatmışdım. Ağrıdan əlimi, ayağımı hiss etmirdim. Ayağa qalxanda üzüm qan içində idi. İndi özümü pis hiss etmirəm. Təkcə başımda 25-dən artıq tikiş var. Üzümə isə 7 tikiş qoyulub. Bərpa üçün müəyyən müddət gözləməliyəm. Ümid edirəm, tezliklə tikişlər söküləcək. Həmin epizodda mənə xəsarət yetirən Amil Yunanov, "Səbail”in baş məşqçisi Aftandil Hacıyev və digər futbolçular əlaqə saxlayıb, maraqlandılar. Bu müddətdə mənə görə narahat olan və səhhətimi düşünən hər kəsə təşəkkür edirəm. İndi isə tezliklə zədəmi bərpa edib, "Qarabağ”a kömək etmək istəyirəm. Azarkeşlərimizə də minnətdaram, mənə görə narahat oldular, dəstək mesajları yazdılar. Onların sevgisi məni güclü edəcək. Ümid edirəm ki, tezliklə meydana qayıdacağam”.
Qeyd edək ki, oyun zamanı top uğrunda mübarizədə Şahruddin Məhəmmədəliyevin üzü "Səbail"in hücumçusu Amil Yunanovun təpik zərbəsinə tuş gəlib. Nəticədə Məhəmmədəliyev görüşə davam edə bilməyib və yerini komandanın digər qapıçısı Emil Balayevə verib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Oxşar xəbərlər

"Hər gün eyni hərəkətləri etmək insanı yorur” - Bədavi Hüseynov
Şahruddin yenidən zədələndi - Premyer Liqa
Millimizin qapıçısına 25 tikiş qoyuldu - 3 həftə oynamayacaq
"Karyeram boyu heç vaxt bu qədər dəstək görməmişəm"- Ruslan Abışov
Dario Frederiko: "Bundan sonra daha güclü olacağam"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər