Bakıda beynəlxalq yarışlarının keçirilməsinə icazə verildi -1 illik fasilədən sonra
Milli Gimnastika Arenası bir illik fasilədən sonra yenidən beynəlxalq yarışlara ev sahibliyi etməyə hazırlaşır.
Sportfm.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə pandemiya səbəbindən təxirə salınmış və bu ilin may ayında keçirilməsi gözlənilən yarışların əhəmiyyəti nəzərə alınaraq tədbirlərin keçirilməsinə icazə verilib.
Sözügedən yarışlar Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan bədii gimnastika üzrə Dünya Kuboku (7-9 may), aerobika gimnastikası üzrə Yaş Qrupları Yarışları (21-23 may) və bu növ üzrə Dünya Çempionatıdır (27-29 may).
Sadalanan turnirlərin ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, qlobal COVID-19 pandemiyasına görə ölkəmizdə görülən təxirəsalınmaz və qabaqlayıcı tədbirlərlə əlaqədar 2020-ci ildə Bakıya həvalə olunmuş 8 beynəlxalq turnirdən yalnız ikisi keçirilib. Digər yarışlar ləğv edilib və ya təxirə salınıb.
Oxşar xəbərlər
Dünya paracüdoçuları mayda Bakıda yarışacaqlar Qran-Pri turniri
Dünya kuboku təsnifat xarakteri daşıyacaq - Tokio-2020
Bakıdakı Dünya Kuboku ləğv edildi - Koronavirusa görə
Bakıdakı dünya çempionatının vaxtı məlum oldu
Bakıda hansı yarışlar keçiriləcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası