Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Roma azarkeş problemini həll etdi -AVRO-2020
AVRO-2020-nin İtaliyanın paytaxtı Romada keçiriləcək oyunlarına azarkeşlər buraxılacaq.
Sportfm.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina yerli qurumun rəsmi saytına açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq məsələ ilə bağlı yerli hökumətdən razılıq alınıb.
Funksioner oyunlar zamanı tribunada Olimpiya Stadionunun ümumi azarkeş tutumunun (72 000 tamaşaçı) 25 faizi qədər yəni, 18 000 fanat iştirak edəcəyi bildirib.
Daha əvvəl Bakı, Sankt-Peterburq (Rusiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka) və Qlazqo (Şotlandiya) UEFA-ya azarkeşlərlə bağlı təminat verib.
Oxşar xəbərlər
Milli komandaların heyətləri genişləndiriləcək - UEFA açıqladı
Yığmanın üzvləri vaksinasiya olunacaq - Oyunlarından əvvəl
Əliyar Ağayev VAR hakimi də olmayacaq - AVRO-2020
Roma UEFA-ya təminat verdi - Azarkeşlərlə bağlı
Avro-2020-nin təqvimi - AFİŞA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası