reklam
Millimizin oyunu ukraynalı hakimlərə tapşırıldı -
Sportfm.az xəbər saytı

Millimizin oyunu ukraynalı hakimlərə tapşırıldı -Avropa çempionatı


Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakı İdman Sarayında Yunanıstan yığma komandasına qarşı keçirəcək oyununu idarə edəcək hakimlər açıqlanıb.

Sportfm.az xəbər verir ki, qarşılaşmanı Ukraynadan olan hakimlər idarə edəcəklər.

Yarışın baş hakimi Yaroslav Vovçhok olacaq. Ona həmyerlisi Yevhen Hordienko kömək edəcək. Üçüncü hakim Azərbaycan Futzal Federasiyasının (AFF) nümayəndəsi Knyaz Əmiraslanov olacaq. Saniyəölçən AFF-nin nümayəndəsi Hikmət Qafarlıdır. Matçın hakim-inspektoru Andreas Demetriou (Kipr) olacaq.

Azərbaycan-Yunanıstan matçı aprelin 14-də təşkil olunacaq.

Oxşar xəbərlər

Millimizin oyunu gürcüstanlı hakimlərə tapşırıldı
Azərbaycan – İordaniya matçı türkiyəli hakimlərə tapşırıldı - Yoxlama matçı
Azərbaycan – Ukrayna matçını azərbaycanlı hakimlər idarə edəcək - Yoxlama görüşü
Millimizin oyunu ukraynalı hakimlərə həvalə edildi - Avropa çempionatı
Millimizin oyunu qadın hakimə tapşırıldı - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər