Azarkeşlərə "yaşıl işıq" -FIDE
Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək şahmat üzrə İddiaçılar Turnirinin yeni qaydaları açıqlanıb.
Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyanın (FIDE) prezidenti Arkadi Dvorkoviç mətbuat konfransında bildirib.
FIDE rəsmisinin sözlərinə görə, yarış tamaşaçıların iştirakı ilə olacaq: "Azarkeşlərin turnirə tibbi maska taxmaq və məsafəni qorumaq kimi bəzi təhlükəsizlik tədbirləri altında buraxılmasına qərar verdik. Tamaşaçılar ya peyvənd olunmalı, ya da koronavirus infeksiyası üçün mənfi test nəticəsi təqdim etməlidirlər".
Dvorkoviç deyib ki, turnir vaxtı maska taxmaq oyunçular üçün vacib deyil: "Yarışın başlamasından 72 saat əvvəl iştirakçılar testdən keçiriləcək".
Qeyd edək ki, İddiaçılar Turniri aprelin 19-da qaldığı yerdən davam edəcək. 2019-cu ildə Dünya Kubokunun qalibi olan Teymur Rəcəbov koronavirusun yayılması səbəbindən bu turnirdən imtina etmişdi.
Oxşar xəbərlər
Şahmatçılar bir neçə dəfə testdən keçəcək - Dünya Kuboku
İddiaçılar Turnirinin vaxtı bilindi
Azərbaycanlı şahmatçılar FİDE-yə məktub ünvanladı
"Teymura dəstək olsaydı, hər şey tam fərqli olardı" - Şəhriyar Məmmədyarov
İddiaçılar Turnirinin keçiriləcəyi şəhər müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası













Misli Premyer Liqası