Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
UEFA-nın yeni baş katibi müəyyənləşdi
Teodor Teodoridis UEFA-da daimi əsasda baş katib vəzifəsinə təsdiqlənib. Sportfm.az xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar verilib. Teodoridis UEFA baş katibi səlahiyyətlərini mart ayından etibarən icra edirdi. O, hazırda FİFA-ya rəhbərlik edən Canni İnfantinonu əvəzləmişdi. Yunanıstanlı funksioner UEFA-da 2008-ci ildən çalışır. O, 2010-cu ildən baş katibin müavini idi.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin iclasında Ukraynanın paytaxtı Kiyev 2017-2018 mövsümündə Çempionlar Liqasının final matçını, Estoniyanın paytaxtı Tallinin 2018-ci il UEFA Super Kubokunu keçirəcək şəhər qismində təsdiqlənib. Avropa Liqasının final mövsümünün hansı şəhərdə keçiriləcəyi barədə qərar isə hələlik qəbul olunmayıb.
Oxşar xəbərlər
AFFA rəsmisi UEFA-da komitə sədri seçildi
UEFA Bakıda keçiriləcək finalda VAR sistemindən istifadə edəcək
Çempionlar Liqasının finalı Bakıda keçiriləcək? - AFFA-dan AÇIQLAMA
AFFA rəhbərliyi UEFA-nın baş katibi ilə görüşüb
Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinə seçilə bilmədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası