Gürcüstan İspaniyaya qarşı - Seçmə mərhələ
Bu gün keçiriləcək 15 görüşlə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində II tura yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, ikinci oyun günündə qarşılaşmalar B, C, D, F, I və J qruplarına təsadüf edəcək.
B qrupunda lider İsveç yığması hələ matça çıxmayan Kosovonu qəbul edəcək. Daha bir qarşılaşma ilk turu məğlubiyyətlə başa vurmuş Gürcüstan və öz meydanında Yunanıstanla heç-heçə etmiş İspaniya milliləri arasında keçiriləcək.
C qrupunun liderlərindən olan İsveçrə yığması hələ oyun keçirməyən Litvanı qəbul edəcəksə, İtaliya xalsız Bolqarıstanın qonağı olacaq.
D qrupunda ilk turu heç-heçə ilə başa vurmuş Ukrayna və Finlandiya milliləri qarşılaşacaq. Qazaxıstan isə debütdə son dünya çempionu Fransanı qəbul edəcək.
F qrupunda lider Danimarka Moldovanı, xalsız İsrail Şotlandiyanı sınağa çəkəcək. Daha bir görüş ilk turu heç-heçə ilə başa vurmuş Avstriya və Farer adaları yığmaları arasında olacaq.
I qrupunda ilk turu qələbə ilə başa vurmuş Albaniya və İngiltərə yığmaları qarşılaşacaq. Eyni zamanda Polşa Andorranı, San Marino - Macarıstanı qəbul edəcək.
Nəhayət, J qrupunda ilk turdan qalib ayrılmış Rumıniya və Almaniya yığmaları üz-üzə gələcək. Həmçinin, Ermənistan İslandiyanı, Şimali Makedoniya Lixtenşteyni sınağa çəkəcək.
DÇ-2022, seçmə mərhələ
II tur
28 mart
B qrupu
20:00. Gürcüstan - İspaniya
22:45. Kosovo - İsveç
Xal durumu: İsveç - 3, Yunanıstan - 1, İspaniya - 1, Kosovo - 0 (oyun keçirməyib), Gürcüstan - 0
C qrupu
22:45. Bolqarıstan - İtaliya
22:45. İsveçrə - Litva
Xal durumu: İsveçrə - 3, İtaliya - 3, Litva - 0 (oyun keçirməyib), Bolqarıstan - 0, Şimali İrlandiya - 0
D qrupu
17:00. Qazaxıstan - Fransa
22:45. Ukrayna - Finlandiya
Xal durumu: Bosniya və Herseqovina - 1, Finlandiya - 1, Ukrayna - 1, Fransa - 1, Qazaxıstan - 0 (oyun keçirməyib)
F qrupu
20:00. Danimarka - Moldova
22:45. İsrail - Şotlandiya
22:45. Avstriya - Farer adaları
Xal durumu: Danimarka - 3, Avstriya - 1, Şotlandiya - 1, Farer adaları - 1, Moldova - 1, İsrail - 0.
I qrupu
20:00. Albaniya - İngiltərə
22:45. Polşa - Andorra
22:45. San Marino - Macarıstan
Xal durumu: İngiltərə - 3, Albaniya - 3, Polşa - 1, Macarıstan - 1, Andorra - 0, San Marino - 0
J qrupu
20:00. Ermənistan - İslandiya
22:45. Rumıniya - Almaniya
22:45. Şimali Makedoniya - Lixtenşteyn
Xal durumu: Almaniya - 3, Rumıniya - 3, Ermənistan - 3, Şimali Makedoniya - 0, Lixtenşteyn - 0, İslandiya - 0.
Qeyd edək ki, turun 10 oyunu martın 27-də keçirilib.
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 30 | 23 | 3 | 4 | 83-29 | 72 |
2 | Neftçi | 30 | 13 | 8 | 9 | 39-30 | 47 |
3 | Zirə | 30 | 12 | 10 | 8 | 26-18 | 46 |
4 | Sumqayıt | 30 | 11 | 11 | 8 | 28-33 | 44 |
5 | Sabah | 30 | 12 | 7 | 11 | 42-37 | 43 |
6 | Turan Tovuz | 30 | 11 | 9 | 10 | 46-40 | 42 |
7 | Səbail | 30 | 10 | 9 | 11 | 45-49 | 39 |
8 | Araz-Naxçıvan | 30 | 8 | 8 | 14 | 28-42 | 32 |
9 | Kəpəz | 30 | 8 | 7 | 15 | 35-57 | 31 |
10 | Qəbələ | 30 | 4 | 4 | 22 | 21-58 | 16 |
N | Klublar | O | Q | D | M | VQ | BQ | X |
1 |
Araz Naxçıvan |
18 |
15 |
2 |
1 |
141 |
27 |
47 |
2 |
Baku Fire |
18 |
11 |
5 |
2 |
132 |
46 |
38 |
3 |
Neftçi İK İB |
18 |
11 |
3 |
4 |
162 |
56 |
36 |
4 |
Yasamal Bakı |
18 |
6 |
2 |
10 |
79 |
149 |
20 |
5 |
U-19 |
18 |
2 |
3 |
13 |
61 |
141 |
9 |
6 |
Record club |
18 |
1 |
1 |
16 |
32 |
188 |
4 |
Bombardirlər: Reza Abgoun (Neftçi İK) - 55, Kənan Manafov (Baku Fire) - 49, Rüstəm Bağırov (Yasamal Bakı) - 41 qol
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qaradağ Lökbatan | 21 | 13 | 6 | 2 | 37-14 | 45 |
2 | Şamaxı | 22 | 11 | 9 | 2 | 47-18 | 42 |
3 | İmişli | 21 | 12 | 6 | 3 | 32-13 | 42 |
4 | MOİK | 22 | 12 | 5 | 5 | 43-22 | 41 |
5 | Karvan | 21 | 9 | 5 | 7 | 26-25 | 32 |
6 | Zaqatala | 21 | 5 | 8 | 8 | 25-28 | 23 |
7 | İrəvan | 22 | 7 | 2 | 13 | 25-47 | 23 |
8 | Mingəçevir | 22 | 6 | 4 | 12 | 16-32 | 22 |
9 | Difai Ağsu | 21 | 4 | 4 | 13 | 24-36 | 16 |
10 | Araz Saatlı | 21 | 3 | 1 | 17 | 22-62 | 10 |