Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Həbib Nurməhəmmədov karyerasını bitirdi -RƏSMİ
Mütləq Döyüş Çempionatının (UFC) rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov karyerasını rəsmən başa vurub.
Sportfm.az xəbər verir ki, bu barədə Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Deyna Uayt özünün tvitterdəki hesabında yazıb.
"O, 100 faiz rəsmən təqaüdçüdür. Sizin necə işlədiyinizi izləmək inanılmaz idi. Hər şey üçün təşəkkür edirəm. Gələcəkdən zövq al, dostum", - deyə Uayt sosial şəbəkədə yazıb.
Daha əvvəl bildirilirdi ki, Mütləq Döyüş Çempionatının prezidenti Həbib Nurməhəmmədovla onun karyerası ilə bağlı görüş keçirəcək.
Oxşar xəbərlər
Nurməhəmmədov karyerasını bərpa edə bilər - 100 milyona
Atasının vəfatından sonra Həbibin ilk döyüşü - Vaxtı bilindi
Həbib son döyüşünə hazırlaşır
Həbib Nurməhəmmədov Toni Ferqyusonla nə vaxt döyüşəcək?
UFC prezidenti Həbiblə bağlı qərarını açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası