• 22:26 Bazar
    11 Aprel 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"Qarabağ" və "Neftçi"dən biri 100 faiz çempion olacaq - Ramin Musayev

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev müsahibə verib.

Sportfm.az həmin müsahibəni təqdim edir:

- Azərbaycanda yeni mərc oyunları operatoru fəaliyyətə başlayır. Yeni mövsümdən Premyer Liqaya məhz həmin şirkətin sponsorluq edəcəyi ilə bağlı xəbərlər dolaşır. Yayılan məlumatlar nə dərəcədə həqiqətə uyğundur?

- Bu barədə biz tərəfdən heç bir söhbət, danışıq olmayıb.

- Ümumiyyətlə, sponsorla bağlı məsələ nə yerdədir?

- Hələ ki, sakitçilikdir. Yenilik yoxdur.

- Azərbaycan kubokunun final matçının harada keçiriləcəyinə qərar verilib?

- Hələ qərar verməmişik. Ötən il qərarlaşdırdıq, kubok matçları ləğv edildi. Düşər-düşməzi olar. Gəlin, bir az gözləyək (gülür). Yəqin ki, Naxçıvana getmək çətin olacaq. Amma digər bölgələrin birində keçirilə bilər. Final görüşünü Bakıya salsaq, Masazırdakı "Bank Respublika Arena"da olacaq.

- 2021/2022 mövsümündən Premyer Liqada komanda sayının artırılacağı və çempionatın 10 klubun iştirakı ilə keçiriləcəyi gözlənilir. Bununla bağlı hər hansı yenilik varmı?

- Bu barədə hər il danışılır. Amma hər şeyi zaman, imkan və şərait həll edir. Bu gün üçün planda 10 komanda ola bilər. Amma həmin vaxt hansısa sıxıntı, problem ortaya çıxsa, yenə yalançı olacağıq, mətbuat üstümüzə gələcək.

- PFL prezidenti olaraq I Divizion təmsilçilərindən hansıları Premyer Liqaya daha çox layiq görürsünüz?

- Gəlin, ad çəkməyək. Amma inandırım sizi ki, bəzən aşağı dəstədə elə oyunlar olur ki, Premyer Liqa matçlarından heç də geri qalmır. PFL-in çəkiliş qrupu var, divizion oyunlarının 60 - 70 faizini canlı izləmək olur.

- Bu mövsüm son illərlə müqayisədə Premyer Liqada intriqa daha yüksəkdir. 17 turdan sonra "Neftçi" və "Qarabağ" 33 xalla 1 - 2-ci yerləri bölüşdürür. Siz hansı komandanı çempionluğa daha yaxın hesab edirsiniz?

- Siz iki komandanı qeyd etdiniz, amma "Zirə"nin adını çəkmədiniz. Bu komanda avrokuboklar üçün hazır olmaya bilər, amma çempionluq üçün tam hazırdır. Bu mövsüm nəinki "Zirə", ümumiyyətlə, heç bir komanda pis təsir bağışlamır. "Qəbələ" az büdcə ilə gözəl oyun göstərir. Bu, danılmaz faktdır. Həmçinin "Səbail"i qeyd edərdim. Çempionatda ən azbüdcəli komanda olsa da, azarkeşlərini sevindirir. Deməzdim ki, "Qarabağ" və "Neftçi"dən biri 100 faiz çempion olacaq. 5 xallıq fərq nədir ki? Qarşıda hələ 11 tur var. Bu halda "Zirə"nin də çempionluğunu ehtimal etmək olar.

- İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Uroş Matiçin "Sumqayıt"a qarşı Azərbaycan Premyer Liqasının XVI tur matçı zamanı (0:0) forma nömrəsində soyadı Azərbaycan əlifbası ilə yazılmadığı üçün klubu 3 000 manat məbləğində cərimələyib. Ağdam təmsilçisi isə qərara etiraz olaraq AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət edib. Klub həmin oyunda forma geyinməyən Matiçin forma standartlarının pozulması qərarı və cərimə ilə razılaşmayıb. Sizin bu məsələyə münasibətinizi bilmək maraqlı olardı...

- Bu sual mənə aid deyil, axı. Kimsə forma geyinməyib və ya idman paltarının altından başqa paltar geyinib, bunun mənimlə nə əlaqəsi var?

- Söhbət Premyer Liqanın əsasnaməsinin pozulmasından gedir...

- "Qarabağ" etiraz edib və bu işlə məşğul olanlar var. Sualı AFFA Apellyasiya Arbitraj Tribunalına vermək lazımdır. (Report)

скачать dle 10.4 UTF-8Forex для начинающих

1-03-2021
51
REKLAM
Etketlər
#Premyer, #komanda, #forma, #həmin, #olacaq, #bilər, #Qarabağ, #bağlı, #Azərbaycan, #Tribunalına, #barədə, #mumiyyətlə, #etiraz, #Arbitraj, #Apellyasiya, #qərar, #hansı, #Gəlin, #Liqada, #olaraq
DİGƏR XƏBƏRLƏR
25-02-2021
“Qarabağ” Arbitraj Tribunalına müraciət etdi -
“Qarabağ” Arbitraj Tribunalına müraciət etdi - Qərara etiraz
24-02-2021
Premyer Liqada oyunlar təxirə salınacaq? -
Premyer Liqada oyunlar təxirə salınacaq? - AÇIQLAMA
17-02-2021
"Rəqib qapısına 100 faiz penalti təyin edilməli idi" - İlkin Muradov
4-06-2020
“Heç kim demir ki, “Turan Tovuz”a kömək edim” –
“Heç kim demir ki, “Turan Tovuz”a kömək edim” – Nadir Nəbiyev
4-06-2020
2020/21 mövsümü üçün tarixi qərar -
2020/21 mövsümü üçün tarixi qərar - Birinci Diviziondan Premyer Liqaya komanda çıxacaq?
23-05-2020
"Turan Tovuz"un baş məşqçisi: "Gərək çempionat keçirilməsin"
24-02-2020
"Autsayder diviziona düşəcək" - Ramin Musayev
11-05-2019
"Yoxlamaq istəyirlər ki, görək, 50 manata bilet alınır, yoxsa yox" - Ramin Musayev
24-04-2019
"Elitadan heç kim getməyəcək və elitaya da heç kim gəlməyəcək" - SORĞU
25-02-2019
"“Neftçi” “Qarabağ”dan uzaqlaşmaq şansını əldən verdi" - Nikola Yurçeviç
3-08-2018
“Süni meydançaya görə Azərbaycana gəlmədilər” -
“Süni meydançaya görə Azərbaycana gəlmədilər” - Aftandil Hacıyev
14-05-2018
Yunis Hüseynov:
Yunis Hüseynov: "Hələ bilinmir, komanda olacaq, ya olmayacaq"
11-04-2018
Şahin Diniyev:
Şahin Diniyev: Heç onunla danışıq aparmırlar
26-11-2017
"Mənə heç kim o sözü deyə bilməz"
30-10-2017
Ramin Musayev:
Ramin Musayev:"Səhv salmayın da..."
  Xəbər Lenti
"Çox dinamik komandaya qarşı oynadıq" - Qurban Qurbanov 11.04.2021, 22:02
“Zirə” 0-0 “Keşlə” - VİDEO 11.04.2021, 21:55
"Çempionatı bu heyətlə başa vuracayıq" - Ayxan Abbasov 11.04.2021, 21:53
"Qarabağ" vahid lider oldu - Azərbaycan Premyer Liqası 11.04.2021, 21:40
"Bizi gərgin oyunlar gözləyir" - Rəşad Sadıqov 11.04.2021, 20:42
"Zədəsiz və bir xalla qayıdırıq” - Sənan Qurbanov 11.04.2021, 19:10
"Zirə" "Keşlə" ilə heç-heçə etdi - Azərbaycan Premyer Liqası 11.04.2021, 18:56
"Qarabağ" - "Sumqayıt" - START HEYƏTLƏR 11.04.2021, 18:17
"Neftçi" – "Keşlə" matçı Bəkirova tapşırıldı - I Divizion 11.04.2021, 17:54
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 20 42
2 Qarabağ 20 42
3 Zirə  20 30
4 Sumqayıt   20 26
5 Qəbələ 20 23
6 Səbail 20 18
7 Keşlə 20 17
8 Sabah 20 16
Ətraflı
20-03-2021
Honda
Honda "Neftçi" ilə birgə məşqə başladı - FOTO
26-03-2021
"Bizim üçün vacib test olacaq" - De Byazi
3-04-2021
"Bəzi voleybolçularımız hobbilərini biznesə çeviriblər" - "Azərreyl"in prezidenti
6-04-2021
"De Byazili Azərbaycan yığması meydana qalib gəlmək üçün çıxmır" - VİDEO
18-03-2021
Futbol Akademiyasına avtomobillər alındı
Futbol Akademiyasına avtomobillər alındı 2 ədəd
18-03-2021
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
26-03-2021
"Ana-bacı qatilinin mənə qardaş deməsini qəbul edə bilmərəm" - Şahin Diniyev
22-03-2021
Təxirə salınmış oyunlara hakim təyinatları -
Təxirə salınmış oyunlara hakim təyinatları - I Divizion
22-03-2021
Kramarenkonun taleyinə aydınlıq gəldi -
Kramarenkonun taleyinə aydınlıq gəldi - Klubunda qalacaq
26-03-2021
Məşqçi kursları başa çatdı -
Məşqçi kursları başa çatdı - Tovuzda
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 16 36
2 Zaqatala 17 34
3 Neftçi-2 16 34
4 Sabah-2 16 29
5 Qarabağ-2 17 26
6 Kəpəz 15 17
7 Qaradağ Lökbatan 16 16
8 Keşlə-2  16 12
9 MOİK 16 10
10 Sumqayıt-2  15 9
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb