"Yuventus" və "Sevilya" uduzdu -Çempionlar Liqası
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, Portuqaliyada "Portu" ilə qarşılaşan İtaliya "Yuventus"u gözlənilmədən uduzub - 1:2. Meydan sahiblərinin heyətində 2-ci dəqiqədə Mehdi Taremi, 46-cı dəqiqədə Mussa Mareqa fərqləniblər. Turin klubunun yeganə qoluna isə 82-ci dəqiqə Federiko Kyeza imza atıb.
Gecənin digər matçında Almaniyanın "Borussiya" (Dortmund) klubu İspaniyada Avropa Liqasının son qalibi "Sevilya"nı 3:2 hesabı ilə məğlub edib. Görüşdə hesabı 7-ci dəqiqədə Susonun qolu ilə meydan sahibləri açıblar. Daha sonra qonaqların heyətində Erlinq Holann het-trik edib. 21 yaşlı norveçlı hücumçu 19, 27 və 43-cü dəqiqələrdə rəqibi cəzalandırıb. Qarşılaşmada son nöqtəni isə 84-cü dəqiqədə La Liqa klubunun forvardı Lük de Yonq qoyub.
Bu komandalar arasında cavab matçları martın 9-da keçiriləcək.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyun günündə Fransa PSJ-si səfərdə İspaniya "Barselona"sını 4:1, İngiltərə "Liverpul"u isə Almaniya "Leyptsiq"ini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
17 fevral
24:00. "Portu" (Portuqaliya) - "Yuventus" (İtaliya) - 2:1
Qollar: Mehdi Taremi, 2, Mussa Mareqa, 46 - Federiko Kyeza, 82
24:00. "Sevilya" (İspaniya) - "Borussiya" Dortmund (Almaniya) - 2:3
Qollar: Suso, 7, Lük de Yonq, 84 - Erlinq Holann, 19, 27, 43
Qeyd edək ki, bu komandalar arasında cavab matçları martın 9-da keçiriləcək.
1/8 final mərhələsinin ilk oyun günündə Fransa PSJ-si səfərdə İspaniya "Barselona"sını 4:1, İngiltərə "Liverpul"u isə Almaniya "Leyptsiq"ini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Oxşar xəbərlər
1/8 finalın ilk oyunlarına yekun vurulur - Çempionlar Liqası
1/8 finala yekun vuruldu - Çempionlar Liqası
PSJ və "Liverpul" 1/4 finalda - Çempionlar Liqası
Liverpul” “Leyptsiq”ə qarşı - Çempionlar Liqası
"Yuventus" səfərdə, "Sevilya" evdə oynayacaq - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası