reklam
Azərbaycanlı hakim
Sportfm.az xəbər saytı

Azərbaycanlı hakim "Fənərbaxça"nın oyununda -Çempionlar Liqası


Avropa Voleybol Konfederasiyası (CEV) növbəti dəfə azərbaycanlı hakimlərə təyinat verib.

Sportfm.az xəbər verir ki, beynəlxalq dərəcəli referilərdən Eldar Zülfüqarov fevralın 23-də qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsində Türkiyənin "Fənərbağça" və İtaliyanın "Novara" klublarının matçını idarə edəcək.

O, İstanbuldakı Burhan Felek Voleybol Salonunda təşkil olunacaq görüşdə ikinci hakim funksiyasını yerinə yetirəcək. 

Eldar Əliyev fevralın 24-də CEV kubokunun yarımfinalında Rusiyadakı "Sankt-Peterburq Arena"da kişi voleybolçular arasında yerli “Zenit”lə Belçikanın “Qrinyard” klublarının ilk oyununda hakimlik edəcək.

Digər beynəlxalq dərəcəli hakim Zaur Hacıyev isə martın 2 - 3-də ölkə xaricində olacaq. O, qadın voleybolçular arasında Çağırış kubokunun yarımfinal mərhələsində Türkiyənin "Türk Hava Yolları" və "Yeşilyurt" komandaları arasındakı hər iki matçda ədaləti qoruyacaq. Hacıyev Burhan Felek Voleybol Salonunda təşkil olunacaq ilk görüşdə əsas, cavab oyununda ikinci referi funksiyasını yerinə yetirəcək. O, hər iki qarşılaşmanı yerli İlhami Senyurt ilə idarə edəcək.

Oxşar xəbərlər

Azərbaycanlı hakim ÇL-in oyununda - Təyinat
Hakimlərimiz Türkiyə və Almaniya klublarının oyununda - Təyinat
Azərbaycanlı hakim final oyununu idarə edəcək - İslamiada
Beynəlxalq dərəcəli hakimimizə yeni təyinat - CEV-dən
“Lokomotiv” - “Ştutqart” oyununu hakimimizə tapşırıldı - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər