reklam
Azərbaycan güləşçisi 4 illik cəzalandırıldı
Sportfm.az xəbər saytı

Azərbaycan güləşçisi 4 illik cəzalandırıldı


Azərbaycan yunan-Roma güləşçisi Zubair Dibirov 4 il müddətinə diskvalifikasiya olunub.
 
Sportfm.az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyi qərar qəbul edib.
 
Dibirov 2016-cı il sentyabrın 30-da Fransanın Makon şəhərində start götürmüş gənclər arasında dünya çempionatında dopinq-testdən keçə bilməyib. Onun B testinin Fransanın paytaxtı Parisdə müayinədən keçirilməsi nəticəsində orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol və anabolik steroid aşkarlanıb. Nəticədə gənc pəhləvan 4 oktyabr 2020-ci ilədək bütün yarışlardan kənarlaşdırılıb. Cəza 5 oktyabr 2016-cı ildən qüvvəyə minib. 
 
Qeyd edək ki, Zubair Dibirov dünya çempionatında 74 kq çəki dərəcəsində mübarizə aparıb. O, 1/4 finalda uduzaraq, mübarizəni dayandırıb.  

Oxşar xəbərlər

Hacı Əliyev dünya çempionu oldu
Olimpiya çempionumuz dopinqdə "ilişdi"
Gənc güləşçilərimiz Dünya çempionatında iştirak edəcək - VİDEO
Dünya çempionumuzda dopinq aşkarlandı
Yığmamıza cəza, cəza dalınca!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər