reklam
Olimpiada öncəsi güləşçilərin yeni reytinq siyahısı açıqlandı
Sportfm.az xəbər saytı

Olimpiada öncəsi güləşçilərin yeni reytinq siyahısı açıqlandı


Dünya Güləş Birliyi Rio Olimpiadası öncəsi güləşçilərin yeni reytinq siyahısını açıqlayıb. Sportfm.az saytının məlumatına görə, sərbəst güləşçilərdən Hacı Əliyev, qadınlardan Mariya Stadnik, yunan-Roma güləşçilərindən isə Rəsul Çunayev reytinq siyahısında birinciliyini qoruyub. İlk onluqda yer alan sərbəst güləşçilərdən Xetaq Qazyumov 3-cü, Toğrul Əsgərov, Aleksandr Qostiyev və Cəmaləddin Məhəmmədov 5-ci, Cəbrayıl Həsənov, Nurməhəmməd Hacıyev və Hacımurad Ömərov 8-ci sırada qərarlaşıb. Qadın güləşçilərin onluğunda Tatyana Omelçenko 6-cı, Nataliya Sinişin 8-ci, Yuliya Ratkeviç 9-cu yerdədir.

Yunan-Roma güləşçilərinin reytinq siyahısında isə onluğa daxil olanlardan Rövşən Bayramov 2-ci, Rafiq Hüseynov 4-cü və Saman Təhmasibi 5-ci sırada qərarlaşıb.

Məlumat üçün bildirək ki, Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları 14-21 avqust tarixlərində baş tutacaq. Güləş yığmamız Olimpiadada 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq.
 
Sərbəst güləş[/b] Qadın güləşi[/b] Yunan-Roma güləşi[/b]
57 kq 
12. Mircəlal Həsənzadə - Almaniya Qran Pri turniri 2-ci yer (15

61 kq 
1. Hacı Əliyev - Almaniya Qran Pri turniri 1-ci yer (1)

65 kq 
5. Toğrul Əsgərov - Qızıl Qran Pri 2-ci yer (7)
18. Məhəmməd Müslümov - Əli Əliyev turniri 1-ci yer (nr)
19. Teymur Məmmədov - Əli Əliyev turniri 2-ci yer (nr)

70 kq 
[/b]
8. Hacımurad Ömərov - U-23 Avropa çempionatı 2-ci yer (7)

74 kq 
[/b]
8. Cəbrayıl Həsənov - Avropa çempionatı 2-ci yer (8)

86 kq 
[/b]
5. Aleksandr Qostiyev - Avropa çempionatı 2-ci yer (5)
8. Nurməhəmməd Hacıyev - U-23 Avropa çempionatı 1-ci yer (13)
15. Şərif Şərifov - Almaniya Qran Pri turniri 2-ci yer (nr)

97 kq 
[/b]
3. Xetaq Qazyumov - Almaniya Qran Pri turniri 1-ci yer (6)

125 kq 
[/b]
5. Cəmaləddin Məhəmmədov - Qızıl Qran Pri 2-ci yer (8)[/b][/b][/b][/b][/b][/b][/b][/b]
48 kq
1. Mariya Stadnik - Avropa çempionatı 1-ci yer (1)

53 kq 
14. Anjela Doroqan - Polan Open turniri 3-cü yer (13)

55 kq 
16. Alyona Kolesnik - U-23 AÇ 2-ci yer (16)

58 kq
8. Nataliya Sinişin - Avropa çempionatı 1-ci yer (8)
9. Yuliya Ratkeviç - Avropa çempionatı 3-cü yer (9)

60 kq 
3. Tatyana Omelçenko - U-23 AÇ 1-ci yer (3)
19. İrina Netreba - Polşa turniri 3-cü yer (18)[/b][/b][/b][/b][/b]
59 kq
2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci yer (2)

66 kq
12. Həsən Əliyev - Avropa çempionatı 3-cü yer (71 kq) (11)

71 kq
1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci yer (1)

75 kq
13. Elvin Mürsəliyev - Avropa çempionatı 5-ci yer (12)

80 kq 
4. Rafiq Hüseynov - Almaniya Qran Pri turniri 1-ci yer (75 kq) (4)

85 kq
5. Saman Təhmasibi - Dünya çempionatı 3-cü yer (4)
10. İslam Abbasov - Dünya Kuboku 1-ci yer (10)

98 kq
15. Orxan Nuriyev - Avropa çempionatı 5-ci yer (nr)

130 kq
15. Sabah Şəriəti - Rumıniya turniri 1-ci yer (13)[/b][/b][/b][/b][/b][/b][/b][/b]
Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.


Oxşar xəbərlər

Güləş millilərinin Avropa çempionatı üçün ilkin heyətləri - SİYAHI
Güləş millilərimizin heyətləri açıqlandı - Dünya çempionatı
Dünya çempionatı öncəsi 2 güləşçimiz reytinqdə ilk sırada yer alıb
Dünya Güləş Birliyi 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb
Qeyri-olimpiya çəki dərəcələri üzrə Dünya çempionatı başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər