Samir Abasov klub prezidentini otaqdan qovdu -Qalmaqal
Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Zirə”yə məğlubiyyət (0:1) “Neftçi”nin düşərgəsində gərginliyi artırıb.
Sportfm.az xəbər verir ki, klub prezidenti Kamran Quliyevlə baş məşqçi Samir Abasov arasında ciddi problem yaranıb.
Oyundan sonra Quliyev paltardəyişmə otağına gələrək, futbolçularla söhbət etmək istəyib. Amma Abasov prezidenti və onunla bərbər gələnləri içəri buraxmayıb. O, “görürsən ki, özüm onlarla danışıram” deyərək, qapını rəsmilərin üzünə bağlayıb.
Belə götürsək, bu, Quliyevi təəccübləndirməməlidir. Hər halda, Abasov onunla şərti şumda kəsib.
Ötən ilin noyabrında “Neftçi”nin “sükanı arxası”na keçən mütəxəssis bildirmişdi ki, komanda üzərində söz sahibi özüdür və paltardəyişmə otağının sahibliyi də ona məxsusdur.
Görünür, Quliyev bu razılaşmanı unudub və hazırkı baş məşqçini Roberto Bordinlə səhv salıb. (sportinfo.az)
Oxşar xəbərlər
Samir Abasov 100-ə çatdı
“Sumqayıt” keçmiş baş məşqçisini geri qaytarır
Samir Abasov diskvalifikasiya edildi - "Neftçi" cərimə edildi
Samir və Roberto "baş-başa" - FOTO
Samir Abasov futbolçulara təqdim olundu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Güləşçilərimiz bürünc medal uğrunda yarışacaq - Avropa Çempionatı
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı














Misli Premyer Liqası