reklam
Millimiz qrup liderliyini təmin etdi -
Sportfm.az xəbər saytı

Millimiz qrup liderliyini təmin etdi -Avropa çempionatı


Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportfm.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 3-cü qrupdakı beşinçi sınağında səfərdə Slovakiya yığması ilə qarşılaşıb.

Levitse İdman Sarayındakı görüş 1:1 hesabı ilə başa çatıb.

Matçda ilk qolu 15-ci dəqiqədə slovakiyalıların heyətində Martin Doşa vurub. Azərbaycan millisi görüşün başa çatmasına 31 saniyə qalmış hesabı bərabərləşdirərək məğlubiyyətdən qaçıb. Yığmanın heyətində Everton Kardozo fərqlənib.

Bu heç-heçədən sonra xallarını 13-ə çatdıran Azərbaycan yığması qrup liderliyini təmin edib. Slovakiya isə 8 xalla 2-ci pillədə qalıb.

Bu qrupun digər matçında autsayder Yunanıstan aprelin 9-da Moldova yığmasını qəbul edəcək.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edən Azərbaycan millisi qrupdakı son oyununu aprelin 14-də evdə Yunanıstan seçməsinə qarşı keçirəcək.

Slovakiya – Azərbaycan (1:0) 1:1

8 aprel. Levice. İdman zalı. Saat 18:00

Hakimlər: Kirill Naishouler (Finlandiya), Arttu Kyynaeraeinen (Finlandiya), Martin Matula (Slovakiya)

Timekeeper: Miroslav Jezik (Slovakiya)

Hakim-inspektor: Gautier Perry (Belçika)

UEFA nümayəndəsi: Sean Dipple (İngiltərə)

Qollar: Martin Doşa, 14:08 // Qalo, 39:29

Sarı vərəqələr: Qabriel Rick, 22:39 // İsa Atayev, 38:42

Slovakiya

2. Marek Karpiak (GK), 5. Qabriel Rick, 9. Peter Kozar (k), 10. Martin Doşa, 16. Tomaş Drahovski, 1. Milan Herko (GK), 3. Duşam Rafaj, 4. Peter Serbin, 7. Martin Smerçka, 8. Martin Zdrahal, 12. Marek Belanik, 13. Anton Brunovski, 14. Matuş Çevçik, 15. Vojech Turek

Baş məşqçi: Marian Berky

Azərbaycan

12. Rövşən Hüseynli (GK), 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 13. Qalo, 16. Fineo De Araujo, 1. Emin Kürdov (GK), 19. Cavad Məmmədov (GK), 5. Amir Shojaei, 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 20. Tofiq Mikayılov

Baş məşqçi: Joze Alesio Da Silva

 

Komanda

O

Q

H/H

M

T/F

X

1

Azərbaycan

5

4

1

0

18-6

13

2

Slovakiya

5

2

2

1

17-9

8

3

Moldova

4

1

1

2

11-15

4

4

Yunanıstan

4

0

0

4

1-17

0

Oxşar xəbərlər

Millimiz Slovakiyaya qarşı - Avropa çempionatı
Millimizin matçını finlandiyalı hakimlər idarə edəcək - Avropa çempionatı
Azərbaycan millisinin yekun heyəti - Avropa çempionatı
Millimiz qələbə ilə başladı - Avropa çempionatı
Millimizin rəqibi heyətini açıqladı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər