reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" Geryeni göndərdi -Müqavilə ləğv edildi


"Qarabağ" futbolçusu Donald Gerye ilə yolları ayırıb.

Sportfm.az xəbər verir ki, bu barədə klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb. Onun müqaviləsinə qarşılıqlı razılaşma yolu ilə xitam verilib.

Xatırladaq ki, qış fasiləsi zamanı Azərbaycanı tərk edən haitili yarımmüdafiəçi komandanın düşərgəsinə gec qoşulduğu üçün klub tərəfindən cəzalandırılaraq əvəzedici heyətə göndərilmiş və cərimə olunmuşdu.

Qeyd edək ki, D.Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"da çıxış edib. 32 yaşlı oyunçu 2019-cu ilin yayında "Neftçi"yə transfer olunmuş və 2020-ci ilin iyununda oradan ayrılmışdı. Ötən ilin yayında yenidən "Qarabağ" keçən futbolçunun müqaviləsi 2021-ci ilin iyununa qədər idi.

Oxşar xəbərlər

Donald Gerye Polşa klubuna keçdi - Müqavilə
"Qarabağ"da ayrılıq - Uroş Matiçi göndərdi
Gerye Kipr klubunda - RƏSMİ
Geryenin yeni klubu açıqlandı - RƏSMİ
Gerye "Qarabağ"a qayıtmağı düşünür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər