
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Cenk Tosun "Beşiktaş"da -İcarə əsasında oynayacaq
"Everton"un futbolçusu Cenk Tosun karyerasını "Beşiktaş"da davam etdirəcək.
Sportfm.az "NTV Spor"a istinadən xəbər verir ki, klublar arasında transferlə bağlı razılıq əldə olunub. Razılığa əsasən, 29 yaşlı oyunçu bu mövsümün sonuna kimi icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm "Everton"da 7 matça çıxıb və 1 qol vurub.
Xatırladaq ki, C.Tosun 2018-ci ilin yanvarında 22.5 milyon avroya məhz "Beşiktaş"dan "Everton"a transfer olunub.
Oxşar xəbərlər
Cenk Tosun "Beşiktaş"da - RƏSMİ
Cenk Tosun "Beşiktaş"da - 2 illik müqavilə
Tosun İngiltərədə klubunu dəyişdi
Cenk Tosun Qətərə getməkdən imtina etdi
Cenk Tosun "Everton"dan ayrılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin