reklam
Gerye üçün ödənilən məbləğ məlum oldu -
Sportfm.az xəbər saytı

Gerye üçün ödənilən məbləğ məlum oldu -"Qarabağ"da


"Qarabağ" klubunun Haiti millisinin futbolçusu Donald Geryenin transferi üçün Türkiyə "Alanyaspor"una ödədiyi məbləğ məlum olub.

Sportfm.az xəbər verir ki, bu barədə "Milliyet" qəzetində Superliqa təmsilçisinin son 3 ildə oyunçu satışı qarşılığında əldə etdiyi gəlirlərdən bəhs edən yazısında bildirilir. Nəşrin iddiasına görə, Gerye 2017-ci ilin yayında Ağdam komandasına 800 min avroya keçib.

Ümumilikdə "Alanyaspor" 6 oyunçu satışından ümumilikdə 20,4 milyon avro gəlir əldə edib ki, bu da rekord göstərici sayılır.

Digər futbolçulara gəldikdə, Anastasios Bakasetas "Trabzonspor"a 3,5 milyon avroya, Melih Demirel İtaliya "Sassuolo"suna 8 milyon avroya, Emre Akbaba "Qalatasaray"a 4 milyon avroya, Vaqner Lav "Beşiktaş"a 3 milyon avroya, Lukas Vilyavanyes Meksika "Moreliya"sına 1,6 milyon avroya keçib.

Qeyd edək ki, Donald Gerye "Qarabağ"ın qış toplanışına qoşulmadığı üçün 20 min ABŞ dolları məbləğində cərimələnərək əvəzedici komandaya göndərilib. (report)

Oxşar xəbərlər

1.5 milyon avroya alıb, 30 milyon avroya satdılar
"Instagram" gəlirlərində Ronaldo Messini üstələyir
"Real"dan Mbappe üçün fantastik məbləğ
"Napoli" 40 milyon avroya transfer etdi
22 ildə komandasına 900 milyon avro qazandıran prezident - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər