reklam
Sportfm.az xəbər saytı

"Məsut burada qalacaq" -“Arsenal”ın baş məşqçisi


“Arsenal”ın baş məşqçisi Mikel Arteta Məsut Özilin bu qış komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Sportfm.az xəbər verir ki, 38 yaşlı mütəxəssis transfer bazarında işləri yolunda getməzsə, 32 yaşlı yarımmüdafiəçini satmaqdan imtina edəcəklərini deyib:

“Əgər vəziyyət bizim lehimizə olmazsa, biz Məsutun getməsini qəbul edəcəyik. Amma durum elə deyilsə, Məsut burada qalacaq. O, son bir neçə mövsümdə komandanın əsas oyunçularından biri olub. Nə baş verəcəyinə bir neçə gün ərzində aydınlıq gələcək”.

Qeyd edək ki, Məsut Özil mövsümün əvvəlində “Arsenal”ın Premyer Liqa və Avropa Liqası üçün sifariş ərizəsinə daxil edilməmişdi. Futbolçunun adı “Fənərbaxça” və “Di Si Yunayted”lə hallanır.

Oxşar xəbərlər

"Fənərbaxça" Məsut Özili təqdim etdi - FOTO
Özil qərarını verdi - “Arsenal”da qalır
Məsut Özil "Arsenal"ı tərk edir - MLS-ə keçməyə razılıq verdi
“Arsenal”dan gözlənilməz qərar - Məsut Özil sifariş etmədi
Oyun boyu futbolçunun adını çəkmədilər - Çin televiziyasında daha bir qadağa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər