Evdə “Qarabağ”, səfərdə “Neftçi” -Azərbaycan Premyer Liqası
Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün arxada qalan 13 turunda 51 oyun keçirilib.
Sportfm.az xəbər verir ki, bu matçlarda meydan sahibləri 18 qələbə qazanıb, 16 heç-heçə edib və 17 dəfə uduzub. 131 qolun vurulduğu çempionatda evdə oynayan komandalar cüzi üstünlüyə malikdir – 67:64. Orta məhsuldarlıq 2,57-yə bərabərdir.
Ən yaxşı ev komandası “Qarabağ”dır. Ağdamlılar 6 matçda 15 xal toplayıb. Bu göstəricidə ikinci olan “Neftçi” bir oyun çox keçirsə də, 4 xal geridədir. “Zirə” isə 6 matçda 9 xal toplamağı bacarıb.
Səfərdə ən yaxşı nəticə “Neftçi”yə məxsusdur. “Ağ-qaralar” 6 görüşdə 13 xal toplayıb. Bir oyun çox keçirən “Zirə”nin 11 xalı var. “Sumqayıt” isə 8 xalla üçüncüdür. Rəqib meydanında uduzmayan yeganə komanda “Qarabağ” 6 qarşılaşmanın 5-də heç-heçə oynayıb.
4 komanda - “Neftçi”, “Zirə”, “Sabah” və “Keşlə” səfərdə evdəkindən daha çox xal qazanıb. “Sumqayt”da bu rəqəmlər bərabərdir. “Qarabağ”, “Səbail” və “Qəbələ” isə öz meydanında daha uğurlu olub.
Oxşar xəbərlər
"Sabah"dan Musayevlə bir ilk - Qələbə sevinci
"Qarabağ"ın ev oyunlarındakı uğurlu seriyası qırıldı
"Zirə"də ilk və rekord
Ağdam klubu bu göstəricidə hamını üstələdi
“Qarabağ” evdə, “Qəbələ” səfərdə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası