reklam
3 ayda 4-cü baş məşqçi -
Sportfm.az xəbər saytı

3 ayda 4-cü baş məşqçi -Superliqa klubu


Türkiyənin "Erzurumspor" klubunun yeni baş məşqçisi açıqlanıb.

Sportfm.az Superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda Mesut Bakkala tapşırılıb. 56 yaşlı mütəxəssisin müqaviləsi mövsümün sonuna kimi nəzərdə tutulub. Bakkal bu vəzifədə Hüseyin Çimşiri əvəzləyib.

"Erzurumspor" Superliqada 14 oyundan sonra 9 xalla sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, Bakkal bu mövsüm "Erzurumspor"a təyin edilən 4-cü baş məşqçidir. Mövsümün əvvəlində komandaya Mehmet Altıparmak rəhbərlik edib. Onun istefasından sonra Mehmet Özdileklə müqavilə imzalanıb. Dekabrın əvvəlində isə Özdileki Hüseyin Çimşir əvəzləmişdi.

Oxşar xəbərlər

Superliqa klubunda yeni baş məşqçi - Mövsümün sonuna kimi
3 aya 4-cü baş məşqçi - Bundesliqa
Super Liqa klubuda yeni baş məşqçi - Müqavilə
Superliqa klubuna yeni baş məşqçi təyin olundu
"Qalatasaray"la heç-heçə məşqçinin getməsinə səbəb oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər