reklam
Rəqibin üzünə tüpürən futbolçuya 150 min avroluq cəza -
Sportfm.az xəbər saytı

Rəqibin üzünə tüpürən futbolçuya 150 min avroluq cəza -Bundesliqa


Almaniya Futbol İttifaqı “Borussiya”nın (Münhenqladbax) futbolçusu Markus Türamın cəzasını açıqlayıb.

Sportfm.az xəbər verir ki, 23 yaşlı hücumçu Bundesliqanın 13-cü turunda “Hoffenhaym”a qarşı keçirilən oyunda rəqib komandanın futbolçusu Stefan Poşun üzünə tüpürdüyü üçün bir şərti olmaqla, 6 matçlıq cəzalandırılıb.

Fransız futbolçu eyni zamanda 40 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, Türam görüşün 79-cu dəqiqəsində Poşla girdiyi ikili mübarizədən sonra rəqibinin üzünə tüpürüb və qırmızı vərəqə alaraq meydandan qovulub. O, etdiyi hərəkətə görə Poşdan və futbol ictimaiyyətindən üzr istəyib.

Xatırladaq ki, "Borussiya" isə Türamı etdiyi hərəkətə görə  bir aylıq məvacibi dəyərində cərimələyib. Oyunçunun aylıq maaşı təqribən 150 min avrodur.

Oxşar xəbərlər

"Zirə"nin iki futbolçusu "Kəpəz"lə oyunda meydandan qovuldu
Hakimi təhqir edən futbolçuya ağır cəza - AFFA
Türk futbolçuya sərt cəza - İngiltərədə
Rəqibinə tüpürən futbolçu cəzalandırıldı
Region Liqasında hakimi döyən futbolçuya 10 oyunluq cəza

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər