reklam
Beşqat dünya çempionu cəzalandı -
Sportfm.az xəbər saytı

Beşqat dünya çempionu cəzalandı -Dopinqə görə


Rusiyanın tanınmış qadın ağırlıqqaldıranı Tatyana Kaşirina yarışlardan müvəqqəti kənarlaşdırılıb.

Sportfm.az xəbər verir ki, 29 yaşlı idmançı antidopinq qaydalarını pozmaqda şübhəli bilinir. Əsas kimi 5 qat dünya çempionundan 2012 - 2015-ci illərdə götürülmüş dopinq-testin Moskva Antidopinq Laboratoriyasındakı yoxlama nəticələri göstərilib.

Qeyd edək ki, Tatyana Kaşirina 2006-cı ildə eyni səbəbdən iki il müddətinə diskvalifikasiya olunub. O, 2009 - 2019-cu illərdə dünya çempionatlarında 5 qızıl, 2 gümüş, Avropa çempionatlarında 8 qızıl, 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında isə Rusiya ağırlıqqaldıranlarına qoyulmuş qadağa üzündən Kaşirina kənarda qalıb.

Oxşar xəbərlər

Olimpiya çempionu yarışlardan diskvalifikasiya edildi - 30 ay müddətinə
Dünya çempionumuz yarışlardan kənarlaşdırıldı - Dopinqə görə
Olimpiya çempionu diskvalifikasiya olundu - Səbəbi açıqlanmadı
Olimpiya çempionumuz dopinqdə "ilişdi"
Azərbaycan ağırlıqqaldıranı olimpiya medalından məhrum edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər